"Dövlət başçısının Qırğızıstana səfərləri iki ölkə arasında siyasi etimadın və əlaqələrin güclənməsinə mühüm töhfə verir" - DEPUTAT
"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər tarixi dostluq, qardaşlıq və qarşılıqlı dəstək üzərində qurulub. Diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə yaradılıb. 2022-ci il aprelin 20-də Bakıda imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri yeni mərhələyə yüksəldib. Son illərdə Azərbaycan və Qırğızıstan arasında prezidentlər səviyyəsində qarşılıqlı səfərlər və müntəzəm siyasi dialoq intensivləşib. Ölkələr arasında Dövlətlərarası Şura fəaliyyət göstərir və ikitərəfli əlaqələrin inkişafına xidmət edir. 2026-cı ilin aprelində Azərbaycan və Qırğızıstan xarici işlər nazirləri də strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini müzakirə ediblər".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri iqtisadiyyat və investisiyalardır. Hər iki ölkə qarşılıqlı investisiyaların artırılmasına, ticarət dövriyyəsinin genişləndirilməsinə, birgə investisiya layihələrinin həyata keçirilməsinə, enerji və nəqliyyat sahələrində əməkdaşlığa diqqət yetirir:
"2025-ci ildə keçirilmiş Azərbaycan-Qırğızıstan hökumətlərarası komissiyasının 6-cı iclasında iki ölkə arasında ticarətin həmin ilin ilk 10 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 94 faizdən çox artdığı bildirilib. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu da birgə layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır. Azərbaycan və Qırğızıstan Orta Dəhlizin inkişafında maraqlıdır. Bu marşrut Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa ilə əlaqələndirən mühüm nəqliyyat istiqamətlərindən biridir. Əməkdaşlığın genişləndirilməsi regionlararası yükdaşımaların və iqtisadi əlaqələrin artmasına imkan yaradır.
Qırğızıstan Azərbaycanın Qarabağda apardığı bərpa və quruculuq prosesinə dəstək göstərir. Bunun konkret nümunələrindən biri Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın təşəbbüsü ilə məktəbin tikintisidir. İki xalqı ortaq türk-mədəni irs, tarixi bağlar və dil-mədəni yaxınlıq birləşdirir. Təhsil, mədəniyyət, turizm və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi də prioritet istiqamətlərdəndir. Bakı və Bişkekdə iki ölkənin tarixi şəxsiyyətlərinə və dostluğuna həsr olunan mədəni layihələr həyata keçirilib. Energetika sahəsində, o cümlədən yaşıl enerji istiqamətində əməkdaşlıq imkanları araşdırılır. Həmçinin Qırğızıstanın "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsində iştirakı məsələsi gündəmdədir.
Ümumilikdə, Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf edən əlaqələrdən biridir. Siyasi dialoqla yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da bu münasibətlərin inkişafına əlavə imkanlar yaradır".
Deputat vurğulayıb ki, ölkə başçısının Qırğızıstana olan səfəri iki ölkə arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirir:
"Cənab prezident İlham Əliyevin vurğuladığı kimi, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.
Səfər çərçivəsində imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Ən önəmlisi birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə edilib. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir".
Səfər çərçivəsində cənab prezident İlham Əliyev "Bakı" hotelinin açılışında da iştirak edib. İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilməsi və "Bakı" adını daşıması qürurvericidir. Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir. Bundan əvvəl də bilirsiniz ki, iki ölkə başçısı Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin açılışında iştirak edib. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu. Həmçinin, iki ölkə lideri Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışında da iştirak edib. Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir".
"Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkı birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir. Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir".
Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı - 1-ci dərəcəli "Manas" ordeni ilə təltif olunub. Eyni zamanda Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın ən yüksək dövlət təltifi - "Heydər Əliyev" ordeni ilə təltif olunub:
Ölkə başçısı İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı - 1-ci dərəcəli "Manas" ordeni ilə təltif olunması Azərbaycan-Qırğızıstan münasibətlərinə və müttəfiqlik əlaqələrinin inkişafına verilən yüksək qiymətdir.
Ümumilikdə isə cənab prezident İlham Əliyevin Qırğızıstana səfərləri Azərbaycan ilə Qırğızıstan arasında siyasi etimadın, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin güclənməsinə mühüm töhfə verir. Xüsusilə Mərkəzi Asiya ilə Azərbaycan arasında nəqliyyat, investisiya, enerji və ticarət əlaqələrinin inkişafı baxımından bu münasibətlər strateji əhəmiyyət daşıyır"- deyə, deputat əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Səudiyyə Ərəbistanı səhrada 159 milyon ağac əkdi: 5 il ərzində nə dəyişdi?
Paytaxtın bu qəsəbəsində su olmayacaq
Pendiri daha uzun saxlamaq üçün sadə üsul
Rusiyada qızıldan bahalı mineral tapıldı
Ceki Çan Bakıda
Ağcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı
Arxivlərdə gizlənmiş Veneranın sirri üzə çıxdı
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Kartdan-karta köçürmələrə limit: Yeni qaydalar kimlərə və necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Araz Ağalarovun 27 yaşlı xanımı və övladları - Foto
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
3 milyon əhalisi ola bilərdi: Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı