İki həmyaşıdının hücumuna məruz qalan yeniyetmənin anası övladı ilə bağlı ədalətli qərarın verilməsini istəyir
Bakının Binəqədi rayonunda yeniyetməyə qarşı amansızlıq törədilib.Hadisə 9-cu mikrarayon ərazisində, yaşayış binalarının həyətində yerləşən stadionda qeydə alınıb.Belə ki, stadiondakı 14 yaşlı məktəbli səbəbsiz yerə iki həmyaşıdının hücumuna məruz qalıb.
Məsələ ilə bağlı Sonxeber.az-a müraciət edən zərər çəkmiş yeniyetmənin anası bildirib.
Ana qeyd edib ki, hücum edənlərdən biri Sahil adlı şəxs əlindəki kəsici alətlə yeniyetməyə 35 zərbə endirib:
"Ölüm qorxusu yaşayan məktəblinin əlləri ilə özünü müdafiə etməsi nəticəsində məhz o həyatını xilas edə bilib.Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan zərərçəkən təcili əməliyyata götürülüb.Hətta zərbələr o dərəcədə güclü olub ki, gənc oğlanın barmağındakı vətərlər qırılb.Həkimlərdən isə azyaşlının gələcək sağlamlığı ilə bağlı heç bir zəmanət yoxdur. Onun barmaqlarının tam açılıb-açılmayacağı və gələcəkdə sağlamlığının tam bərpa ediləcəyi sual altındadır. Hadisəniin ən narahatlıq doğuran tərəfi isə budur ki şübhəli bilinən Sahil və yanındakı digər şəxs hələ də azadlıqdadır".
Ana söyləyib ki, indi məktəblinin ailəsində ciddi xof və narahatlıq yaranıb:
"Çarəsiz ana bildirir ki övladı ağır psixoloji travma alıb və o evdən bayıra çıxa bilmir.Çünki qorxur ki bayırda rahatlıqla gəzən həmin şəxslər ona yenidən hücum edə bilərlər.Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Biz bu məsələnin sıradan bir uşaq davası kimi qələmə verilərək obyektiv araşdırılmadan qapadilmasindan ciddi narahatıq. Ana olaraq Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevdən və Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, balamı bu vəziyyətə salanlar qanunla layiq olduqları cəzanı alsınlar. Səbirlə ədalətli qərarın verilməsini gözləyirik. Əminəm ki, ədalət öz yerini tapacaq".
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2001 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabrBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa
16 noyabrRəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabrGürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı
16 noyabrNoyabr ayının pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
17 noyabr