"Hamiləlikdə 7 dəfə həkim müayinəsi mütləqdir" - Fəxrəndə Əkbərova

"Hamiləlikdə 7 dəfə həkim müayinəsi mütləqdir" - Fəxrəndə ƏkbərovaHamiləlik və doğuş prosesi hər bir qadının həyatında ən məsuliyyətli, eyni zamanda tibbi baxımdan ən həssas mərhələlərdən biridir. Təəssüf ki, bəzən vaxtında aşkar olunmayan risklər və ya gecikmiş müdaxilələr ana və körpə sağlamlığı üçün ciddi fəsadlara, hətta faciəvi sonluqlara gətirib çıxarır. Mütəxəssislər bildirirlər ki, doğuş zamanı yarana biləcək ağırlaşmaların böyük əksəriyyətinin qarşısını hamiləlik dövründəki düzgün nəzarətlə almaq mümkündür.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan mama-ginekoloq Fəxrəndə Əkbərova bildirir ki, doğuş zamanı ana və körpə ölümlərinin bir neçə səbəbi ola bilər.

​"Hamiləlik dövrü özlüyündə kifayət qədər riskli bir mərhələdir və hər bir qadın müəyyən dərəcədə risk qrupuna daxildir. Bu risklər az, orta və çox riskli olmaqla təsnifatlaşdırılır. Təəssüf ki, bəzi qadınlar hamiləlik dövründə müəyyən ciddi problemlərlə rastlaşırlar. Baş verən arzuolunmaz halların və ağırlaşmaların əsas səbəbi isə hamiləlik zamanı risk faktorlarının vaxtında müəyyən edilməməsidir. Burada həm həkim səhlənkarlığı, həm də xəstənin vaxtında həkimə müraciət etməməsi amili rol oynaya bilər.

​Doğuş zamanı baş verən ölümlərin və ağırlaşmaların əsas səbəblərinə massiv qanaxmalar, gecikmiş tibbi yardım, preeklampsiya, tromboemboliya, sepsis, cift patologiyaları və bu kimi digər ağır fəsadlar daxildir. Doğuşun 3-cü dövrünün aktiv aparılması bu baxımdan çox önəmlidir. Bəzən tibbi səhvlər və risklərin vaxtında təyin edilə bilməməsi də vəziyyəti kəskinləşdirir.

​Bu kimi ağırlaşmaların vaxtında aşkar olunması həyati əhəmiyyət kəsb edir. Bunun üçün də her bir hamilə qadın mütləq antenatal nəzarətdə olmalı və vaxtında həkimə müraciət etməlidir. Hamiləlik dövründə 7 dəfə həkim müayinəsində olmaq (7 gəliş) mütləqdir. Yalnız bu halda risklər vaxtında təyin oluna və ola biləcək faciələrin qarşısı alına bilər."

Müsahibimiz bildirir ki, paytaxt və rayonlarda işləyən mütəxəssizlər bilik səviyyəsi eynidir.

"Düzünü desək, fərq böyükdür. Bakı şəhərindəki tibb müəssisələrində müasir avadanlıqlar daha çoxdur və texniki imkanlar daha genişdir. Lakin mütəxəssis faktoru baxımından vəziyyət fərqlidir. İstər şəhərdə, istərsə də rayonlarda çalışan həkim olsun, mütəxəssis eyni mütəxəssisdir. Bu gün hər bir həkim öz üzərində çalışır, bilik və təcrübəsini artırmağa səy göstərir. Sadəcə, regionlarla paytaxt arasındakı əsas fərq məhz texniki təchizat və infrastruktur imkanları ilə bağlıdır."

Türkanə Muradlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 605   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr