Azərbaycanda daha güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
Son iki gündə qeydə alınan zəlzələlər cəmiyyətdə narahatlıq yaradıb və seysmik aktivliyin səbəbləri ilə bağlı sualları artırıb. Yeraltı təkanların ardıcıl baş verməsi bəzi insanlarda daha güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı narahatlıq yaratsa da, bu cür hadisələrin elmi baxımdan necə qiymətləndirildiyi xüsusi maraq doğurur. Bəs, son seysmik aktivliyin səbəbi nədir və bu proses daha güclü zəlzələnin xəbərçisi hesab oluna bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev bildirib ki, son vaxtlar Azərbaycan ərazisində davamlı zəlzələlərin baş verməsi planetimizin mahiyyətindən irəli gələn təbii proseslərdir.
"Elmə məlumdur ki, Yer kürəsində zəlzələlərin, vulkanizmin və digər tektonik proseslərin baş verdiyi üç əsas seysmik zona mövcuddur. Bunlardan biri də Azərbaycanın yerləşdiyi Alp-Himalay qırışıqlıq qurşağı, yəni dağəmələgəlmə və seysmik zonadır. Azərbaycan bu seysmik qurşaqda yerləşdiyinə görə burada irili-xırdalı zəlzələlərin baş verməsi tamamilə qanunauyğundur. Bu seysmik qurşaq Fransanın şimalından başlayaraq İndoneziyaya qədər uzanan geniş bir ərazini əhatə edir. Yer kürəsindəki digər iki əsas seysmik zona isə Sakit okeanın şərq və qərb hissələrində, meridional istiqamətdə yerləşir".
Ekspert bildirib ki, bizim ərazidə baş verən irili-xırdalı zəlzələlərin əsas səbəbi də məhz budur.
"Bunun səbəbi ondan ibarətdir ki, Avrasiya adlanan nəhəng litosfer tavası Afrika və Ərəbistan litosfer tavaları tərəfindən yavaş-yavaş sıxılır. Litosfer tavaları Yer kürəsinin iri quru hissələrini təşkil edən tektonik plitələrdir. Məhz bu sıxılma nəticəsində Azərbaycan, Qafqaz, Türkiyə və Gürcüstan ərazilərində müşahidə olunan zəlzələlər, tektonik hərəkətlər, vulkanizm və digər geoloji proseslər baş verir. Ona görə də bu hadisələrə adi baxmaq olmaz. Bunların hamısı Yerin daxili quruluşu və inkişaf xüsusiyyətlərindən irəli gələn təbii qanunauyğunluqlardır. Hazırda Azərbaycan ərazisində hər il minlərlə, hətta on minlərlə müxtəlif gücdə yeraltı təkan və xırda zəlzələ qeydə alınır. Bu da bir daha göstərir ki, yaşadığımız ərazi aktiv seysmik zonada yerləşir".
Onun sözlərinə görə, bu proses yalnız zəlzələlərlə məhdudlaşmır:
"Hər il Azərbaycan və ümumilikdə Qafqaz ərazisi təxminən 2-3 santimetr yüksəlir. Bunun səbəbi də bir-birini sıxan litosfer tavalarının yaratdığı tektonik hərəkətlərdir. Yəni Yer qabığının bu hissəsi davamlı olaraq qalxma prosesini yaşayır. Bu yüksəlmə hər il təxminən 2-3 santimetr təşkil edir. Ona görə də bu cür hadisələr ciddi narahatlıq yaratmamalıdır. Bizim əsas vəzifəmiz tikinti sektorunda bütün norma və texnologiyalara ciddi əməl etməkdir. İstər yaşayış binaları, istər məktəblər, xəstəxanalar, istərsə də digər tikililər elə keyfiyyətlə və məsuliyyətlə inşa olunmalıdır ki, adi və orta güclü zəlzələlər zamanı uçub-dağılaraq insan həyatına təhlükə yaratmasın".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib