Psixoloq valideynlərə xəbərdarlıq etdi - AÇIQLAMA
Azərbaycanda 16 yaşı tamam olmamış uşaqların sosial şəbəkələrdə fərdi rəqəmsal hesab (profil) açması qanunla qadağan edilir. Milli Məclisdə qəbul edilən yeni qanun layihəsinə əsasən 16 yaşdan aşağı uşaqlar platformalarda heç bir halda şəxsi hesab yarada bilməzlər.16-18 yaş arası yeniyetmələr yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin rəsmi razılığı və nəzarəti ilə qeydiyyatdan keçə bilərlər.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, xüsusilə erkən yaşlarda nəzarətsiz istifadə uşaqların psixoloji inkişafına, özünəinamına və ailə münasibətlərinə mənfi təsir göstərə bilər:
"Sosial mediada təqdim olunan "ideal" həyat tərzi yeniyetmələrdə öz ailələri və həyatları ilə bağlı davamlı müqayisə hissi yaradır ki, bu da narazılıq və emosional gərginliyə səbəb ola bilər. Yaşa uyğun tənqidi düşüncə formalaşmadığı üçün uşaqlar və yeniyetmələr müxtəlif zərərli ideologiyaların, manipulyativ məzmunların və radikal təsirlərin hədəfinə çevrilə bilərlər. Bu risk kifayət qədər böyükdür və onların dünyagörüşünə, davranışına və gələcək seçimlərinə mənfi təsir göstərir.
Əsas məsələ yalnız qadağa deyil, onun düzgün izah olunması və maarifləndirmə ilə müşayiət edilməsidir. Qadağalar səbəbləri izah edildikdə qaydaya çevrilir və cəmiyyət tərəfindən daha asan qəbul olunur. Valideyn nəzarəti, rəqəmsal savadlılıq və yaşa uyğun məhdudiyyətlər birlikdə tətbiq olunarsa, uşaqların daha sağlam rəqəmsal mühitdə böyüməsinə və məsuliyyətli internet istifadəçisi kimi formalaşmasına töhfə verə bilər".
Cavidan Mirzəzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1430 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabr