"Uşaqlara sosial şəbəkələrə girişə qoyulan məhdudiyyətin məqsədi onların sağlam rəqəmsal mühitdə böyüməsini təmin etməkdir" - DEPUTAT
"16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması məsələsi son illərdə uşaqların təhlükəsizliyi baxımından geniş müzakirə olunur. Belə bir məhdudiyyətin əsas məqsədi uşaqları rəqəmsal mühitdəki risklərdən qorumaq və onların sağlam inkişafını dəstəkləməkdir"
Bunu Sonxeber.az-a danışan deputat Anar Məmmədov bildirib.
Deputat qeyd edib, 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilk olaraq onlara qarşı kiberzorakılığın qarşısının alacaq:
"Təəssüf ki, sosial şəbəkələrdə uşaqlar təhqir, təhdid və onlayn təzyiq halları ilə üzləşə bilirlər. Bundan əlavə uşaqlara sosial şəbəkələrə girişə məhdudiyyət qoyulması yaşa uyğun olmayan görüntü və məlumatların onlara çatmasının qarşısını alacaq. Ən önəmlisi isə şəxsi məlumatların qorunmasına. Belə ki, uşaqlar şəxsi məlumatlarını, fotoşəkillərini və digər məlumatları bilmədən paylaşa bilərlər. Sosial şəbəkələrdə çox vaxt keçirmək uşaqların təhsilinə də təsir edir. Həddindən artıq sosial şəbəkə istifadəsi diqqətin dərsdən yayınmasına və vaxtın səmərəsiz keçirilməsinə səbəb ola bilər.
Sosial şəbəkələrdə edilən bəzi paylaşımlar uşaqların psixologiyasına da mənfi təsir edir. Bundan əlavə daimi müqayisə, mənfi şərhlər və onlayn təzyiq uşaqlarda stress və narahatlıq yarada bilər.İstifadə müddətinin məhdudlaşdırılması gündəlik rejimin daha balanslı qurulmasına kömək edə bilər.Lakin tam qadağanın müəyyən çətinlikləri də var
Sosial şəbəkələr yalnız əyləncə vasitəsi deyil; onlar təhsil, ünsiyyət və məlumat əldə etmək üçün də istifadə olunur. Buna görə də sadəcə qadağa qoymaqla yanaşı, valideyn nəzarəti, yaşa uyğun hesabların tətbiqi, platformaların yaş yoxlaması və uşaqlara rəqəmsal savadlılığın öyrədilməsi də vacibdir. 16 yaşadək uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması onların təhlükəsizliyi baxımından faydalı ola bilər. Ancaq ən effektiv yanaşma qadağa ilə yanaşı valideyn, məktəb, dövlət və sosial media platformalarının birgə məsuliyyət daşıdığı kompleks qoruma sisteminin yaradılmasıdır".
Deputat vurğulayıb ki, bu dəyişikliklərin əsas məqsədlərindən biri uşaqları zərərli informasiya, kiberzorakılıq, şəxsi məlumatların sui-istifadəsi və digər onlayn risklərdən qorumaqdır:
"Ümumilikdə isə qəbul edilmiş yeni "Uşaq hüquqları haqqında" qanun da internet və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə uşaqlara qarşı zorakılıq risklərinin nəzərə alınmasını təsbit edir. 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrdə fərdi hesabların yaradılmasına məhdudiyyət qoyulması uşaqların rəqəmsal təhlükəsizliyinin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bununla yanaşı, yalnız məhdudiyyətin tətbiqi kifayət deyil. Valideyn nəzarəti, məktəblərdə rəqəmsal savadlılığın artırılması, sosial şəbəkə platformalarının məsuliyyətinin gücləndirilməsi və uşaqların internet təhlükəsizliyi barədə maarifləndirilməsi də paralel şəkildə həyata keçirilməlidir.
Beləliklə, əsas məqsəd uşaqları internetdən təcrid etmək deyil, onların təhlükəsiz, məsuliyyətli və sağlam rəqəmsal mühitdə böyüməsini təmin etməkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib