Yol qəzalarının baş verməsinin əsas səbəbləri nədir? - AÇIQLAMA

Yol qəzalarının baş verməsinin əsas səbəbləri nədir? - AÇIQLAMA2026-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 285 nəfər həyatını itirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi qəzaların sayında azalma müşahidə edilsə də, qəzalarda xüsusilə əmək qabiliyyətli şəxslər və motosiklet sürücüləri arasında risklər yüksək olaraq qalır.

Məsələ ilə bağlı Sonxeber.az-a danışan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrində 140 nəfər həlak olub, 179 nəfər yaralanıb. İlkin rübdə motosiklet və mopedlərin iştirakı ilə 17 qəza qeydə alınıb ki, bu hadisələrdə 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb:

"Bu qəzaların 42,9 faizi gecə saatlarında, 37,7 faizi gündüz vaxtı, 19,4 faizi toran vaxtı qeydə alınıb. Azərbaycanda qəzaların əsas səbəbləri əsasən sürət həddinin aşılması, yol hərəkəti qaydalarının pozulması, sürücünün diqqətsizliyi, piyadaların qaydalara əməl etməməsi, avtomobillərin texniki nasazlığı, gecə vaxtı və əlverişsiz hava şəraitində ehtiyatsızlıq olur".

Ekspert vurğulayıb ki, yol-nəqliyyat qəzaları insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan hadisələrdəndir:

"Qəzaların qarşısının alınması üçün yol hərəkəti qaydalarına ciddi əməl edilməli. Bundan əlavə sürət həddinə riayət olunmalı, təhlükəsizlik kəmərindən istifadə edilməli, sürücülər diqqətli və məsuliyyətli olmalı, avtomobillərin texniki vəziyyəti mütəmadi yoxlanılmalı, piyadalar da yol hərəkəti qaydalarına əməl etməlidirlər. Bütün bu sadalananlara əmək edilsə qəzaların sayını və onların ağır nəticələrini azalda və insanların yollarda təhlükəsizliyini təmin edə bilərik".

Ekspert söyləyib ki, Azərbaycanda avtomobil qəzasının cinayət məsuliyyətinə səbəb olması əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələri ilə tənzimlənir:

Maddə 263: Ümumi Qayda Pozuntuları

Zərərçəkmişə az ağır və ya ağır zərər vurma: İki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə (və ya hüquqdan məhrumetmə).

İnsan ölümünə səbəb olma: 3 ilədək hüquqdan məhrum etməklə 2 ildən 6 ilədək azadlıqdan məhrum etmə.

İki və ya daha çox şəxsin ölümünə səbəb olma: 3 ilədək hüquqdan məhrum etməklə 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə.

Maddə 263-1: Sərxoş və ya Hüquqsuz İdarəetmə

Sərxoş halda və ya hüququ olmayan şəxs tərəfindən sağlamlığa ağır/az ağır zərər vurma: 3 ilədək hüquqdan məhrum etməklə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə.

Eyni əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda: 5 ilədək hüquqdan məhrum etməklə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə.

İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda: 5 ilədək hüquqdan məhrum etməklə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə.

Əsas Qaydalar və İstisnalar

Barışıq: 263.1 və ya 263-1.1-ci maddələrlə nəzərdə tutulmuş yüngül/az ağır hallarda sürücü zərərçəkmişlə barışdıqda və ziyanı tam ödədikdə cinayət məsuliyyətindən azad oluna bilər (lakin inzibati məsuliyyət qala bilər).

Vacib məqam: hər avtomobil qəzası avtomatik olaraq cinayət hesab edilmir. Qəzanın nəticəsindən, qayda pozuntusundan, təqsirin formasından və digər hallardan asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yarana bilər. Ali Məhkəmənin izahlarına görə, yalnız yüngül xəsarət və ya maddi ziyanla nəticələnən bəzi hallar cinayət məsuliyyəti yaratmır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 272   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA

Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın

15 sentyabr
.

Bu gün bir sıra ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat

15 sentyabr
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

16 sentyabr
.

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda

16 sentyabr
.

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə

15 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas

15 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,

15 sentyabr