Yanacaqdoldurma məntəqəsində YANĞIN: Hansı təhlükəsizlik tədbirləri görülməlidir?
Yanacaqdoldurma məntəqələrində baş verən yanğınlar həm insan həyatı, həm də ətraf mühit üçün ciddi təhlükə yaradan hadisələr sırasındadır. Bu gün səhər saatlarında Məmmədlidə yanacaqdoldurma məntəqəsinin ərazisində baş vermiş yanğın da bu sahədə təhlükəsizlik qaydalarının əhəmiyyətini yenidən gündəmə gətirib. Bəs, bu cür yanğınların baş verməsinə hansı amillər səbəb olur və oxşar hadisələrin qarşısını almaq üçün yanacaqdoldurma məntəqələrində hansı təhlükəsizlik tələblərinə ciddi əməl edilməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, yanacaqdoldurma məntəqələrində baş verən yanğın və partlayış hadisələrinin əsas səbəbləri sırasında ilk növbədə yanacağın doldurulması zamanı sızmaların və ya dağılmaların baş verməsini qeyd etmək olar.
"Bundan başqa, elektrik avadanlıqlarında yaranan nasazlıqlar, qısaqapanma halları və torpaqlama sisteminin olmaması da ciddi risk yaradır. Statik elektrik yüklərinin boşalması, avtomobilin mühərriki söndürülmədən yanacaq doldurulması, siqaret çəkilməsi, açıq alovdan istifadə edilməsi və ya qığılcım yaradan işlərin görülməsi də təhlükənin yaranmasına səbəb ola bilər. Eyni zamanda, yanacaq çənləri, boru xətləri və nasoslarda texniki nasazlıqların olması, avadanlıqların vaxtında texniki baxışdan keçirilməməsi, eləcə də təhlükəsizlik qaydalarını bilməyən və ya müvafiq təlim keçməmiş personalın fəaliyyəti bu cür hadisələrin baş vermə ehtimalını artırır".
Ekspert bildirib ki, belə risklərin qarşısını almaq üçün ilk növbədə yanacaq doldurularkən avtomobilin mühərriki mütləq söndürülməlidir:
"Yanacaqdoldurma məntəqələrində siqaret çəkmək və açıq alovdan istifadə qəti qadağandır. Elektrik və yanacaq sistemləri mütəmadi olaraq yoxlanılmalı, torpaqlama sistemi daim işlək vəziyyətdə saxlanmalıdır. Yanğınsöndürmə vasitələri, o cümlədən tozlu və köpüklü yanğınsöndürənlər, eləcə də hidrantlar hər zaman saz vəziyyətdə olmalı, personal isə onlardan düzgün istifadə qaydalarını bilməlidir. Yanacaq sızmaları dərhal aradan qaldırılmalı, ərazi təhlükəsiz vəziyyətə gətirilməlidir. Bununla yanaşı, fövqəladə hallara hazırlıq məqsədilə mütəmadi təlimlər və təxliyə məşqləri keçirilməli, riskli zonalarda yalnız partlayışdan mühafizəli (Ex) elektrik avadanlıqlarından istifadə olunmalı və qığılcım yarada biləcək vasitələrin tətbiqinə yol verilməməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib