Bu ilanlar əsasən sahilə yaxın ərazilərdə məskunlaşırlar - TƏHLÜKƏ
Son günlər sosial şəbəkələrdə Xəzər dənizində, xüsusilə sahilyanı ərazilərdə zəhərli ilanların, o cümlədən gürzələrin artdığı ilə bağlı yayılan görüntülər və iddialar ictimai narahatlıq yaradıb. Mütəxəssislər isə bildirirlər ki, sosial mediada yayılan məlumatlarla elmi faktlar hər zaman üst-üstə düşmür. Bəs, dənizdə müşahidə olunan ilanlar əsasən hansı növlərə aiddir, onların insanlar üçün təhlükəsi nə dərəcədədir və mövcud vəziyyət aidiyyəti qurumlar tərəfindən əlavə monitorinqin aparılmasını zəruri edirmi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Xəzər dənizində gürzə ilanı yoxdur.
"Xəzərdə əsasən su ilanları yaşayır. Sosial şəbəkələrdə yayılan görüntülərdə görünən dama-dama naxışlı su ilanlarının həm iri, həm də kiçik ölçülü növlərinə rast gəlinir. Bundan əlavə, Xəzərdə başqa su ilanı növləri də mövcuddur. Bu ilanlar əsasən sahilə yaxın ərazilərdə məskunlaşırlar. Abşeron yarımadasında da onların toplandığı müəyyən ərazilər var. Onlar həm suda, həm də quruda yaşayırlar və uzun illərdir Xəzərin ekosisteminin tərkib hissəsini təşkil edirlər".
Ekoloq bildirib ki, gürzə isə tamamilə fərqli növdür və Xəzər dənizində yaşamır.
"Bu ilan su ilanı deyil, əsasən quru mühitində yaşayır. Abşeron yarımadasının bəzi ərazilərində təsadüfən rast gəlinə bilsə də, ümumilikdə gürzə nə Abşerona, nə də Bakıya xas ilan növü hesab olunur. O, daha çox dağlıq və meşəlik ərazilərdə yaşayır, bəzən su ehtiyacını ödəmək üçün çaylara yaxınlaşır. Xəzər dənizinin suyu duzlu olduğundan bu mühit gürzə üçün uyğun deyil. Buna görə də gürzə ilanının Xəzər dənizində yaşaması mümkün deyil. Ona dağlıq və qayalıq ərazilərdə rast gəlmək mümkündür, lakin Xəzər dənizi üçün xarakterik növ hesab edilmir".
Onun sözlərinə görə, Xəzərdə yaşayan su ilanları min illərdir bu ekosistemin ayrılmaz hissəsidir və bu gün də mövcudluğunu qoruyur. Buna görə də onların görünməsi hər hansı ekoloji və ya çirklənmə probleminin göstəricisi deyil.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2030 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabr