Valideyn arzusu, yoxsa abituriyentin gələcəyi? - İxtisas seçimində görünməyən TƏZYİQLƏR
Valideynlərin ixtisas seçimində uşaqlara təzyiq göstərməsi gənclərin gələcək karyerasına, psixologiyasına və ailədaxili münasibətlərə ciddi mənfi təsir göstərir. Çox zaman isə valideynlər gənclik xəyallarını övladları vasitəsilə reallaşdırmaq istəyirlər. Ən önəmlisi isə cəmiyyətdə "filankəsin övladı" statusu qazanmaq istəyi bəzən uşağın istəklərindən üstün tutulur.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Jalə Əliyeva bildirib ki, valideynlərin uşaqların ixtisas və peşə seçimində həddindən artıq təzyiq göstərməsi onların gələcək təhsil və karyera qərarlarına mənfi təsir göstərə bilər:
"Təəssüf ki, bəzən ixtisas seçimində uşağın şəxsi maraqları nəzərə alınmır. Valideyn öz arzusunu uşağın istəyindən üstün tuta bilər. Bu da özlüyündə psixoloji gərginlik yaradır. "Mütləq bu ixtisasa daxil olmalısan" kimi tələblər stress və narahatlığı artıra bilər. Valideyn təzyiqi uşaqlarda motivasiyanı azaldır. Uşaq seçdiyi sahəni sevmədikdə dərsə və gələcək peşəsinə marağı zəifləyə bilər.Ən önəmlisi isə özünəinam zədələnir. Uşaq qərarlarının daim valideyn tərəfindən qiymətləndirildiyini düşünə bilər".
Deputat vurğulayıb ki, çox zaman görürsən, gənclər təhsil aldıqları sahə üzrə işləmirlər.
"Şəxsi maraqlara uyğun olmayan ixtisas seçimi sonradan peşə narazılığına səbəb ola bilər. Ona görə də valideynlər ixtisas seçimində uşaqların seçiminə hörmətlə yanaşmalıdır.Valideyn uşağa istiqamət göstərən və dəstək olan şəxs olmalıdır, qərarı onun əvəzinə verən yox. Uşağın maraqları, bacarıqları, akademik göstəriciləri və gələcək planları birlikdə müzakirə edilməlidir. Müxtəlif ixtisaslar haqqında məlumat toplamaq və uşağın həmin sahələri tanımasına imkan yaratmaq daha sağlam seçimə kömək edir.Ən düzgün yanaşma: "Mən sənin üçün qərar vermirəm, amma düzgün qərar verməyin üçün yanında olacağam" bu cümlə uşaqlara düzgün ixtisas seçimi etməyə kömək edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 441 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabr