Övladını erkən nikaha məcbur edən valideynləri hansı cəza gözləyir? - AÇIQLAMA

Övladını erkən nikaha məcbur edən valideynləri hansı cəza gözləyir? - AÇIQLAMASon 15-20 ildə ölkədə ən çox müzakirə edilən məsələlərdən biri də erkən nikahlardır. Erkən nikah ictimai problem olmaqla yanaşı, demoqrafik problem kimi də dəyərləndirilməlidir. Aparılan təhlillər göstərir ki, bir çox valideynlər erkən nikahın mənfi nəticələri, yaratdığı fiziki və psixoloji fəsadları, hüquq pozuntuları barədə məlumatlı deyillər.

Mövzu ilə Sonxeber.az-a danışan deputat Sevinc Hüseynova bildirib ki, yetkinlik yaşına çatmamış şəxslərin nikaha daxil olması yolverilməzdir:

"Bu, xüsusilə qız uşaqlarının təhsilinə, sağlamlığına, psixoloji vəziyyətinə və gələcək imkanlarına mənfi təsir göstərə bilən ciddi sosial problemdir. Erkən nikahın əsas səbəbləri ailələrin sosial və maddi problemləri, təhsildən yayınma və erkən məktəbdən ayrılma, ənənəvi və stereotip yanaşmalar, valideynlərin uşağın gələcək seçimlərinə həddindən artıq müdaxiləsi, hüquqi maarifləndirmənin zəif olması, kənd və ucqar ərazilərdə sosial imkanların məhdudluğudur.

Erkən nikah uşağın təhsil və inkişaf imkanlarını məhdudlaşdıra, onu sosial mühitdən uzaqlaşdıra və psixoloji çətinliklərə səbəb ola bilər. Erkən yaşda ailə məsuliyyəti uşağın öz gələcəyi ilə bağlı qərarlar verməsini də çətinləşdirir".

Deputat vurğulayıb ki, problemin həlli üçün uşaqların təhsildə saxlanılması, valideynlərin maarifləndirilməsi, uşaqların hüquqları barədə məlumatlandırılması və riskli halların vaxtında müəyyənləşdirilməsi vacibdir:

"Məktəb, ailə, sosial xidmətlər və aidiyyəti dövlət qurumları birlikdə fəaliyyət göstərməlidir.Azərbaycanda nikah yaşı ümumi qaydada 18 yaşdır. Yetkinlik yaşına çatmayan şəxslərin nikaha məcbur edilməsi yolverilməzdir.Uşağın erkən nikaha cəlb olunması onun təhsil, sağlamlıq, şəxsi inkişaf və hüquqlarına ciddi təsir göstərə bilər. Valideynlər və digər böyüklər uşağın nikaha məcbur edilməsinin qarşısının alınmasında mühüm rol oynayırlar.Erkən nikahla bağlı qanun pozuntuları müəyyən hallarda inzibati və ya cinayət məsuliyyəti yarada bilər.

Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Nikaha məcbur etmə Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsinə əsasən 2 000-3 000 manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Nikah yaşına çatmayan şəxsi erkən evliliyə məcbur etmə daha ağır məsuliyyət yaradır: 3 000-4 000 manat cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə.

16 yaşına çatmayan şəxsin erkən evliliyini təşkil etmək də cinayət məsuliyyəti yaradır. Belə hal üçün 2 000-3 000 manat cərimə, yaxud 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Konstitusiyaya görə nikah könüllü razılıq əsasında bağlanmalıdır və heç kəs zorla evləndirilə və ya ərə verilə bilməz. Yəni uşağın erkən nikaha məcbur edilməsi və 16 yaşdan aşağı şəxsin belə evliliyinin təşkil edilməsi hüquqi məsuliyyət yarada bilər".

"Valideynlərin bu məsələdə rolu çox böyükdür. Azərbaycan qanunvericiliyinə görə valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına, psixi və fiziki inkişafına görə məsuliyyət daşıyırlar və valideynlik hüquqları uşağın mənafeyinə zidd həyata keçirilə bilməz. Xüsusilə də evlilik də. Valideynlər uşağı erkən nikaha məcbur etməməlidirlər, övladının təhsilini davam etdirməsinə şərait yaratmalıdırlar. Ən önəmlisi isə onun fikrini və gələcəklə bağlı seçimlərini nəzərə almalıdırlar, erkən nikahın hüquqi və sosial nəticələri barədə uşağını maarifləndirməlidirlər" - deyə, Sevinc Hüseynova qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 418   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr