Süni intellekt xəbər istehlakını dəyişir - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellektin sürətli inkişafı media sektorunda yeni mərhələnin başlanğıcı hesab olunur. Artıq milyonlarla insan gündəlik xəbərləri xəbər saytlarına daxil olmaq əvəzinə süni intellekt platformalarından əldə edir. Bu isə media qurumlarının auditoriyasına və reklam gəlirlərinə birbaşa təsir göstərir. Bir sıra beynəlxalq media təşkilatları bildirirlər ki, oxucuların əhəmiyyətli hissəsi xəbərin mənbəyinə keçmədən yalnız süni intellektin təqdim etdiyi xülasələrlə kifayətlənir.
Nəticədə xəbər saytlarının ziyarətçi sayı azalır, bu da media sənayesinin gələcək maliyyə dayanıqlığı ilə bağlı narahatlıqları artırır. Bəs süni intellekt ənənəvi medianı həqiqətən geridə qoyur, yoxsa xəbər istehlakının yeni modelini formalaşdırır? Bu sual hazırda həm media rəhbərlərinin, həm də rəqəmsal texnologiya mütəxəssislərinin əsas müzakirə mövzularından biridir.
Mövzu ilə bağlı media eksperti Ayaz Cəfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, süni intellekt artıq media ilə rəqabət aparmır, xəbər istehlakı vərdişlərini dəyişdirir. Onun sözlərinə görə, əvvəllər insanlar xəbərin tam mətnini oxumaq üçün saytları ziyarət edirdilər: "İndi isə bir çox istifadəçi süni intellektdən qısa xülasə almaqla kifayətlənir. Bu, xəbər saytlarının oxucu trafikinin azalmasına və reklam gəlirlərinin aşağı düşməsinə səbəb olur. Bununla belə, süni intellekt xəbəri özü yaratmır, mövcud mənbələrdən istifadə edir. Əgər peşəkar media zəifləyərsə, gələcəkdə süni intellektin istifadə edəcəyi etibarlı məlumat bazası da azalacaq.
Buna görə media qurumları yeni şəraitə uyğunlaşmalı, eksklüziv xəbərlərə, araşdırmalara və analitik materiallara daha çox üstünlük verməlidirlər. Süni intellekt medianın sonu deyil, lakin onun iş prinsiplərini kökündən dəyişən texnologiyadır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 437 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabr