Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq".
"Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
"Qəbul olunmuş Dövlət Proqramına uyğun olaraq bu xüsusda Bakı Metropoliteni də özünəməxsus yer tutacaq.
İlk növbədə onu xüsusilə qeyd edim ki, qarşıdakı dövrdə Bakı Metropolitenini sürətli inkişaf planları gözləyir.
On yeni stansiyanın inşa olunması ilə əlaqədar Bakı Metropolitenində müxtəlif istiqamətlərdə tədbirlərə başlanılıb. Onu xüsusi olaraq qeyd edim ki, bu on yeni stansiya şəhərin ictimai nəqliyyat sektorunun ümumilikdə sosial mühitini tamamilə dəyişəcək, axınların qarışmasının, şəhərdə yaranmış tıxacların və digər məsələlərin müsbət istiqamətdə həllinə təkan verəcək. On yeni stansiyanın inşası ilə Bakı Metropoliteninin daşıyıcılıq qabiliyyəti artacaq.
Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Bakı Metropolitenindən 230 milyon sərnişin istifadə edib. Bu proqram icra olunduqdan sonra metropolitenin daşıyıcılıq qabiliyyəti əlavə olaraq 88 milyon sərnişin də daşımaq imkanına malik olacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1374 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Milli Dirçəliş Günüdür
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü
17 noyabr"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabr"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16 noyabrBalıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm
15 noyabrRəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
17 noyabrNoyabr ayının pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
17 noyabrBakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala
16 noyabr