Kartdan-karta köçürmələrə bu səbəbdən limit tətbiq olunub - AÇIQLAMA

Kartdan-karta köçürmələrə bu səbəbdən limit tətbiq olunub - AÇIQLAMAKartdan-karta pul köçürmələrinə limit tətbiq olunması maliyyə sektorunda geniş müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu dəyişiklik bir tərəfdən bank əməliyyatlarının təhlükəsizliyinin artırılması və maliyyə nəzarətinin gücləndirilməsi məqsədi daşısa da, digər tərəfdən gündəlik ödənişlərdən istifadə edən vətəndaşlara mümkün təsirləri ilə bağlı suallar yaradır. Bəs, bu limitlərin tətbiqinin əsas məqsədi nədir, bank sektorunda hansı risklərin qarşısını almağa hesablanıb və gündəlik istifadəçilərin maliyyə əməliyyatlarına necə təsir göstərəcək?
Kartdan-karta köçürmələrə bu səbəbdən limit tətbiq olunub - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, kartdan karta ("card-to-card") köçürmə limitinin tətbiq olunmasının əsas məqsədi bu əməliyyatların kommersiya məqsədilə istifadəsinin qarşısını almaqdır.

""Card-to-card" köçürmələri pandemiya dövründə, insanların evdən çıxa bilmədiyi və müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu vaxtlarda ailə üzvlərinə, dostlara və yaxınlara daha rahat, operativ və əlçatan şəkildə pul göndərmək üçün yaradılmış innovativ ödəniş həlli idi. Bu sistem insanların evdən çıxmadan, bank filiallarına və ya ödəniş terminallarına yaxınlaşmadan maliyyə əməliyyatlarını həyata keçirməsinə imkan verirdi. Lakin son dövrlərdə bəzi sahibkarlar, xüsusilə mikro və kiçik biznes subyektləri, bəzi hallarda isə orta biznes nümayəndələri bu sistemin əsas təyinatından kənara çıxaraq ondan kommersiya məqsədilə və vergidən yayınmaq üçün istifadə etməyə başladılar. Məsələn, məhəllə marketində, kafedə, restoranda və ya digər kiçik ticarət obyektlərində kartla ödəniş etmək istədikdə alıcıya müxtəlif bəhanələrlə POS-terminalın işləmədiyi bildirilir və vəsaiti birbaşa satıcının şəxsi kartına köçürməsi xahiş olunur. Bu zaman eyni anda bir neçə qanun pozuntusu yaranır".

Ekspert bildirib ki, ilk növbədə, sahibkar vergidən yayınmış olur:

"İkincisi, alıcının şəxsi məlumatları tanımadığı şəxslə paylaşılır. Üçüncüsü isə, vəsaiti köçürdüyünüz şəxsi tanımadığınız üçün gələcəkdə həmin kart üzrə yarana biləcək risklər dolayısı ilə sizə də təsir göstərə bilər. Beləliklə, vətəndaş eyni anda bir neçə istiqamətdə risklə üzləşir. Hətta ilin əvvəlində Dövlət Vergi Xidməti də kommersiya məqsədilə "card-to-card" əməliyyatlarından istifadə edilməsinin aşkarlandığı hallarda cərimə sanksiyalarının tətbiq olunacağını bəyan etmişdi. Lakin bu xəbərdarlıqlar gözlənilən effekti vermədi və nəticədə bu üsulla vergidən yayınma halları daha da geniş yayıldı. Məhz buna görə də yeni qaydalar qəbul edildi. Hesab edirəm ki, bu qərar doğru yanaşmadır".

Onun sözlərinə görə, sahibkar POS-terminal əvəzinə ödənişi şəxsi kartına qəbul etdikdə, bir tərəfdən vergidən yayınır, digər tərəfdən isə istehlakçının hüquqlarını məhdudlaşdırır:

"Məsələn, siz hər hansı mağazadan geyim və ya ayaqqabı alırsınız, lakin ödənişi satıcının şəxsi kartına köçürürsünüz. Bu zaman sizə nə fiskal qəbz təqdim olunur, nə də məhsulun qanunvericilikdə nəzərdə tutulan müddətdə geri qaytarılması hüququnu təsdiq edən sənəd verilir. Sabah məhsulu geri qaytarmaq istədikdə isə ödənişi təsdiqləyən rəsmi sənədiniz olmadığı üçün hüquqlarınızı müdafiə etməkdə çətinlik yaşaya bilərsiniz. Əlinizdə yalnız hansısa fiziki şəxsin kartına edilmiş köçürmənin qəbzi olur. Bu isə istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Yeni qaydalar həm də bu problemin qarşısının alınmasına xidmət edir".

"Hazırkı şəraitdə sahibkarlar üçün alternativ həll yolları mövcuddur. Mikro və kiçik biznes nümayəndələri elektron pul və ödəniş təşkilatlarına müraciət etməklə link ödənişləri, QR ödənişləri, POS və mobil POS xidmətlərindən istifadə edə bilərlər. Elektron pul təşkilatları müasir və innovativ ödəniş həlləri təqdim edir, dünya təcrübəsindən istifadə edərək ölkəmizdə yeni texnologiyalar tətbiq edirlər. Hətta bəzi istiqamətlər üzrə onların təqdim etdiyi həllər bank xidmətlərindən daha çevik hesab olunur. Sahibkarlar bu qurumlara müraciət etməklə alqı-satqı əməliyyatlarını tam qanuni şəkildə həyata keçirə, dövriyyələrini şəffaf formada rəsmiləşdirə bilərlər. Üstəlik, elektron pul və ödəniş təşkilatları Mərkəzi Bankın verdiyi lisenziya əsasında fəaliyyət göstərdiklərinə görə onların fəaliyyəti tam qanuni və etibarlıdır" - o qeyd edib.

Emin Kərimov bildirib ki, bu qaydaların tətbiq edilməsinin əsas zərurəti vergidən yayınmanın qarşısının alınması, istehlakçı hüquqlarının qorunması və ödəniş sistemində şəffaflığın artırılmasıdır:

"Çıxış yolu isə sahibkarların müasir və qanuni elektron ödəniş alətlərindən istifadə etməsidir. Sadə vətəndaşlara gəldikdə isə, bu dəyişiklik onların gündəlik köçürmələrinə ciddi təsir göstərməyəcək. Çünki fiziki şəxslər gün ərzində adətən 3-4 dəfə kartdan karta köçürmə həyata keçirirlər. Bəzi hallarda, məsələn əməkhaqqı və ya digər gəlirlərin daxil olduğu günlərdə bu rəqəm 5-6 əməliyyata çata bilər. Müəyyən edilmiş limit adi istifadəçilərin gündəlik ödəniş vərdişləri üçün kifayət qədər normal hesab olunur. Bundan əlavə, vətəndaşlar ödənişlərini daha səmərəli şəkildə planlaşdıra bilərlər. Məsələn, gün ərzində eyni şəxsə beş dəfə 10 manat köçürmək əvəzinə, bir dəfə 50 manat göndərmək mümkündür. Çünki məbləğ üzrə müəyyən edilmiş aylıq limit kifayət qədər yüksəkdir və bu yanaşma həm əməliyyat sayını azaldır, həm də mümkün komissiya xərclərinin qarşısını alır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2521   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr