Boşanma uşaqlarda hansı fəsadlarla nəticələnir? - DİQQƏT
Boşanma, yalnız həyat yoldaşları üçün deyil, uşaqlar üçün də emosional və sosial baxımdan çətin bir prosesdir. Valideynlər ayrıldıqdan sonra uşaqların psixoloji sağlamlığını qorumaq və onların balanslı şəkildə böyüməsini təmin etmək üçün düzgün yanaşmalar tətbiq etməlidirlər.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Leyla Alışova bildirib ki, boşanmış ailələrdə böyüyən uşaqların psixologiyası onun yaşından, valideynlər arasındakı münasibətdən və boşanmadan sonra ona göstərilən dəstəkdən asılı olaraq fərqli təsir göstərə bilər.
Uşaqlarda yarana bilən psixoloji reaksiyalardan özünü günahlandırma, kədər və narahatlıq hissidir. Ailənin əvvəlki vəziyyətinin dəyişməsi uşağı narahat edə bilər. Bəzi uşaqlar valideynlərinin ayrılmasına görə özlərini səbəbkar hesab edə bilərlər. Boşanmış ailələrdə böyüyən uşaqlar daha çox tərk edilmək qorxusu olur.Valideynlərdən birini itirmək və ya onunla əvvəlki qədər görüşə bilməmək qorxusu yarana bilər.
Həmin uşaqlarda davranış dəyişiklikləri yəni aqressivlik, qapanıqlıq, diqqətin azalması və ya dərslərə marağın zəifləməsi müşahidə oluna Ümumilikdə isə Valideynlər arasında davamlı münaqişə uşağın gələcək münasibətlərə və ailəyə baxışına təsir göstərir".
Psixoloq sadalanan bu davranış dəyişikliklərin yaşa görə fərqli olduğunu da vurğulayıb.
Yaş Qruplarına Görə Reaksiyalar aşağıdakılardır:
0-3 yaş: Gərginliyi hiss edirlər.Ağlamaq krizisləri artır, yuxu rejimi pozulur.
3-6 yaş:Özünü günahlandırma başlayır.Qaranlıq qorxusu yaranır.Altını islatma müşahidə olunur.
7-12 yaş:Məktəb uğuru aşağı düşür.Dostlarından uzaqlaşırlar.Qəzəb partlayışları yaşayırlar.Yeniyetməlik (12+ yaş):Depressiyaya meyil artır.Evdən uzaqlaşmaq istəyirlər.Zərərli vərdişlərə yönələ bilərlər.
Bu kimi problemlərin olmaması üçün her iki valideynin üzərinə müəyyən öhdəliklər düşür. Ən vacib məsələ uşağa "sən günahkar deyilsən" mesajının verilməsidir. Valideynlər uşağı öz münaqişələrinə cəlb etməməli, digər valideyn haqqında onun yanında mənfi danışmamalı və mümkün qədər sabit gündəlik rejim yaratmalıdırlar.
Uşağın hisslərini dinləmək, onun suallarına yaşına uyğun və dürüst cavab vermək, məktəbdəki vəziyyətini izləmək də vacibdir. Güclü və uzunmüddətli narahatlıq, ciddi davranış dəyişiklikləri və ya dərslərdə kəskin geriləmə müşahidə olunarsa, uşaq psixoloqundan dəstək almaq faydalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 391 Tarix: 06 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Milli Dirçəliş Günüdür
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü
17 noyabr"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabr"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16 noyabrBalıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm
15 noyabrRəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
17 noyabrNoyabr ayının pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
17 noyabrBakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala
16 noyabr