Bu hallarda işçinin maaşından tutulmalar EDİLƏ BİLƏR - AÇIQLAMA

Bu hallarda işçinin maaşından tutulmalar EDİLƏ BİLƏR - AÇIQLAMAƏmək münasibətlərində işçinin əməkhaqqından müxtəlif tutulmaların aparılması bəzən mübahisələrə səbəb olur və bu prosesin hüquqi əsasları ilə bağlı suallar yaradır. Qanunvericilik əməkhaqqından tutulmaların yalnız müəyyən edilmiş hallarda və konkret qaydalar çərçivəsində həyata keçirilməsinə icazə verir. Bəs, işəgötürən hansı hallarda işçinin əməkhaqqından tutulma apara bilər, bunun üçün hansı hüquqi əsaslar tələb olunur və işçilər öz hüquqlarını necə qoruya bilərlər?
Bu hallarda işçinin maaşından tutulmalar EDİLƏ BİLƏR - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, işçinin əməkhaqqından tutulmalar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və ya işçinin yazılı razılığı ilə həyata keçirilə bilər.

"İşəgötürənin özbaşına və ya əsassız şəkildə maaşdan tutulma etməsi qadağandır. Birinci halda, qanunla məcburi olan tutulmalar var ki, buraya gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən və icbari tibbi sığorta haqları, habelə məhkəmə qərarları və icra sənədləri əsasında aliment və ya vurulmuş ziyanın ödənilməsi kimi tutulmalar daxildir.
İkinci halda isə işəgötürən müəyyən hallarda öz əmri ilə tutulma edə bilər".

Onun sözlərinə görə, bu hallara işçiyə verilmiş avansın vaxtında qaytarılmaması, mühasibatlıq tərəfindən hesablama səhvləri nəticəsində artıq ödənilmiş məbləğlərin geri tutulması, ezamiyyət və ya təsərrüfat xərcləri üçün verilən avansın artıq qalan hissəsinin vaxtında qaytarılmaması və işçi əmək ili bitməmiş işdən çıxdıqda qabaqcadan verilmiş işlənməmiş məzuniyyət günlərinə düşən məbləğin tutulması aiddir:

"Lakin işəgötürən bu əmri borcun qaytarılma müddətinin bitdiyi və ya yanlış hesablamanın edildiyi gündən ən geci bir ay ərzində verə bilər. Bu müddət ötürüldükdə və ya işçi tutulmanın əsaslığına yazılı etiraz etdikdə məsələ yalnız məhkəmə qaydasında həll olunmalıdır".

Vəkil bildirib ki, digər halda ziyanın ödənilməsi və ya digər ödənişlər üçün işçinin mütləq yazılı razılığı tələb olunur:

"İşəgötürən intizam tənbehi kimi əməkhaqqından cərimə tuta bilməz. Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən tutulmaların maksimal həddi müəyyən edilib. Ümumi qaydada hər dəfə əməkhaqqı ödənilərkən tutulan məbləğ tam əməkhaqqının 20 faizindən, bir neçə icra sənədi olduqda, aliment ödənilərkən və ya sağlamlığa vurulmuş ziyan ödənilərkən isə 50 faizindən artıq ola bilməz".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 767   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr