Azərbaycanda icra başçısı olmayan rayonlar

Azərbaycanda icra başçısı olmayan rayonlarXəbər verdiyimiz kimi, avqustun 4-də Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan MR-in Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hələlik onun yerinə təyinat olmayıb.

Hazırda Azərbaycanda başçının olmadığı icra hakimiyyətlərinin sayı 5-dir. Belə ki, Naftalan şəhərinin və Sədərək, Gədəbəy, Ağdərə, Qaradağ rayonlarının icra başçısı yoxdur.

2025-ci ilin 12 noyabr tarixində Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda Gədəbəy rayonunun icra başçısı vəzifəsi boşdur.

Elə həmin gün - 2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

Ağdərə rayonunun da icra başçısı yoxdur. Belə ki, 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Hələlik başçı vəzifəsinə təyinat olmayıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yanvarın 30-da Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə isə təyinat olmayıb. Hazırda Qaradağın icra başçısı vəzifəsini birinci müavin Emil Abbasov müvəqqəti olaraq icra edir.//Unikal.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 645   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5"

25 avqust
.

Bakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA

Bakı Metropolitenində qatarlararası intervalın azaldılması sərnişin sıxlığının və stansiyalarda gözləmə müddətinin aşağı salınması baxımından mühüm addımdır. Hazırda Qırmızı xətt üzrə interval 2 dəqiqə 30 saniyəyə endirilib, Yaşıl xəttdə isə 3 dəqiqə 30 saniyə təşkil edir. Xətlərin ayrılması layihəsini

25 avqust
.

Azərbaycan və Özbəkistan arasında münasibətlər daha da möhkəmlənir

Dövlətimizin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən ola

25 avqust
.

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının inkişafına mühüm töhfə verəcək

Özbəkistan Azərbaycan üçün vacib və qardaş ölkədir. Dünyada etnik, mədəni və dil baxımından bir-birinə yaxın olan çoxsaylı ölkələr var. Lakin bu qədər isti və səmimi münasibətlərə malik ölkələrin sayı çox azdır. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsus

25 avqust
.

Yetkinlik yaşına çatmayan şagird məsuliyyətə cəlb edilə bilər? - AÇIQLAMA

Məktəblərdə ciddi zorakılıq və ya qadağan olunmuş əşyaların gətirilməsi kimi ağır qayda pozuntuları zamanı məsələnin polisə bildirilməsi həm məktəbin, həm də hüquq-mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması və hüquq pozuntularının qarşısının alınması ilə bağlı vəzifələrindən irəli gəlir. Məktə

25 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə

23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri yalnız iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun növbəti mərhələsi deyil, eyn

25 avqust
.

Faizlə borc verən şəxslərə XƏBƏRDARLIQ: Hansı vergi məsuliyyəti gözləyir?

Fiziki şəxslər arasında faizlə borc münasibətləri müəyyən şərtlər daxilində mülki-hüquqi münasibət kimi rəsmiləşdirilə bilər. Mülki Məcəllə borc və kredit müqavilələrini tanıyır və müstəqil peşə fəaliyyəti formasında davamlı kredit vermə halında əlavə hüquqi tələblərin nəzərə alınmasını nəzərdə tutur

25 avqust
.

AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. Bu barədə -a AQTA-dan məlumat verilib. Bildirilib ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurm

25 avqust
.

Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir

Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi il

25 avqust