Mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu RİSKLƏR var
Yeni mənzil alışı böyük maliyyə qərarı olduğundan, alıcıların tələsik seçim etməsi sonradan ciddi hüquqi və maliyyə problemlərinə səbəb ola bilər. Xüsusilə sənədlərin yoxlanılmaması, tikinti şirkətinin etibarlılığının araşdırılmaması, mənzilin real bazar dəyərinin düzgün qiymətləndirilməməsi və müqavilə şərtlərinə diqqət edilməməsi əsas risklər sırasında yer alır.
Bəs, yeni mənzil alarkən alıcılar ən çox hansı səhvlərə yol verirlər və daşınmaz əmlaka investisiya etməzdən əvvəl mümkün riskləri minimuma endirmək üçün hansı məqamlara diqqət yetirmək lazımdır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hər bir daşınmaz əmlakın özünəməxsus riskləri və investisiya riskləri var.
"Ən böyük risklərdən biri sənədsiz fərdi evlərin alqı-satqısıdır. Eyni zamanda, kommersiya və digər obyektlərin alışında da risklər mövcuddur. Belə obyektlərin ya ümumiyyətlə sənədi olmur, ya da sənədləri qaydasında olmur. İkinci riskli kateqoriyaya natamam tikililəri aid etmək olar. Belə obyektlərdə çıxarış olmur. Hətta tikintisi başa çatmış, lakin uzun müddətdir istismara qəbul aktı olmayan tikililər də daşınmaz əmlak bazarında riskli hesab olunur. Bu cür hallarda alqı-satqının müqavilə əsasında və ya şifahi razılaşma ilə həyata keçirilməsi müəyyən risklər yaradır".
Ekspert bildirib ki, ümumiyyətlə, qanunsuz daşınmaz əmlakın dövriyyəsinə Azərbaycanda qanunla yol verilmir:
"Bu baxımdan belə əmlaka investisiya yatırmaq da riskli hesab olunur. Son altı ayda gündəmdə olan məsələlərdən biri də su basan ərazilərdir. Bu ərazilərdə qanunsuz tikililər mövcuddur. Bəzi hallarda həmin obyektlərlə bağlı bələdiyyə sənədləri də təqdim olunur. Lakin qanunvericiliyə əsasən, bu cür sənədlərlə daşınmaz əmlakın dövriyyəsinə yol verilmir".
Onun sözlərinə görə, kənd təsərrüfatı və istehsalat sahələrində də özünəməxsus investisiya riskləri mövcuddur:
"Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsas məsələlərdən biri torpağın məhsuldarlığıdır. Burada torpağın məhsuldarlığının ölçülməsi və laboratoriya analizlərinin aparılması, eroziya vəziyyəti, su təminatı və digər amillər nəzərə alınmalıdır. Ona görə də kənd təsərrüfatı təyinatlı hər hansı torpağa investisiya qoyuluşu zamanı bütün bu amillər əvvəlcədən qiymətləndirilməli və həmin əmlakın özünəməxsus riskləri nəzərə alınmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib