Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ

Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQBakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir.

Bəs, ali təhsil müəssisələri hansı hallarda akkreditasiya baxımından risk altına düşür, bu riskləri əvvəlcədən hansı göstəricilərdən müəyyən etmək mümkündür və akkreditasiya zamanı universitetlərin hansı çatışmazlıqları daha ciddi qiymətləndirilir?
Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda ali təhsil müəssisələri üçün müəyyən edilmiş vahid standartlar var.

"Bu standartlara uyğun gəlməyən universitetlərdə isə müvafiq tədbirlər görülür və tələblərə cavab verməyən ali təhsil müəssisələrinin fəaliyyəti dayandırıla bilər. Akreditasiya prosesində bir sıra mühüm meyarlar nəzərə alınır. Bunlardan biri professor-müəllim heyətidir. Eyni zamanda, auditoriyaların tələbə sayına uyğunluğu da əsas komponentlərdəndir. Normativ hüquqi aktlara əsasən, hər bir tələbə üçün müəyyən edilmiş minimum sahə təmin olunmalıdır. Bundan əlavə, laboratoriyaların və digər infrastrukturun da müəyyən olunmuş standartlara uyğun olması vacibdir".

Ekspert bildirib ki, ali təhsil müəssisələri üçün vahid akreditasiya standartları mövcuddur və bu standartlar müəyyən dövrlər üzrə yoxlanılır:

"Akreditasiya prosesi hər beş ildən bir həyata keçirilir və bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq qiymətləndirmə aparılır və rəy verilir. Təəssüf ki, uzun illər fəaliyyət göstərən bəzi universitetlərdə də akreditasiya standartlarına tam uyğun gəlməyən müəyyən sahələrə rast gəlinir. Ötən illərdə də Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri ilə bağlı akreditasiya standartlarına uyğun olmayan məqamların olduğu açıqlanmışdı. Belə hallarda Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən universitetlərə xəbərdarlıq edilir və onlara mövcud çatışmazlıqları normativ hüquqi aktların müəyyən etdiyi tələblərə uyğunlaşdırmaq üçün müddət verilir".

Onun sözlərinə görə, bu tələbləri yerinə yetirməyən, yəni akreditasiya standartlarına cavab verməyən universitetlərin fəaliyyəti isə dayandırıla bilər:

"Bu baxımdan Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyəti də qeyd etmək olar. Hazırda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bir neçə universitetə ayrı-ayrı sahələr üzrə müəyyən xəbərdarlıqları var. Məsələn, hansısa universitetin konkret istiqamət üzrə müəyyən çatışmazlığı ola bilər. Lakin hazırda abituriyentlərin seçim mərhələsində olduğunu nəzərə alaraq konkret universitetlərin adını çəkmək istəmirəm. Çünki bu fikirlər müəyyən mənada onların seçimlərinə təsir göstərə bilər. Bununla belə, bir məqamı xüsusilə vurğulamaq istəyirəm, Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri eyni standartlara, yəni Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələblərə uyğun fəaliyyət göstərirlər. Bu tələblərə cavab verən universitetlərin verdiyi diplomların tanınması ilə bağlı hər hansı problem yoxdur".

Məzahir Məmmədli qeyd edib ki, Azərbaycanda müxtəlif dövrlərdə Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Asiya Universiteti, Təfəkkür Universiteti və Bakı Qızlar Universiteti kimi bir sıra ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb:

"Ola bilsin ki, siyahıda qeyd etmədiyim digər universitetlər də var. Lakin bu universitetlərin fəaliyyətinin dayandırılması onların özəl ali təhsil müəssisəsi olması ilə bağlı deyil. Əsas səbəb müəyyən edilmiş standartlara və tələblərə cavab verməmələri olub. Ona görə də Azərbaycanda fəaliyyət göstərən dövlət və ya özəl universitetin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tələblərə uyğun fəaliyyət göstərməsi əsas meyardır. Bu tələblərə cavab verən ali təhsil müəssisələrinin diplomlarının tanınması ilə bağlı hər hansı problem yoxdur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3697   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr