Ekspress avtobusları ödənişsiz OLMAYACAQ: Sərnişinlərdən NARAZILIQ
Bakı Metropolitenində xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadəsi məsələsi yenidən gündəmə gəlib. Bu prosesdə ekspres avtobusların tətbiqi sərnişin axınının yönləndirilməsi və metroda yaranacaq əlavə yükün azaldılması baxımından mühüm rol oynaya bilər. Lakin həmin avtobusların ödənişsiz olmaması sərnişinlər arasında narazılıqlara səbəb olub. Bu məsələ onların seçimlərinə və ictimai nəqliyyatdan istifadəyə təsir göstərə biləcək amil kimi qiymətləndirilir.
Bəs, xətlərin ayrılması dövründə ekspres avtobusların ödənişli olması nəqliyyatın planlaşdırılması baxımından nə dərəcədə əsaslandırılmış qərardır və bu yanaşma sərnişin axınının idarə olunmasına necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu, bir qədər ağır prosesdir və hazırda müəyyən qədər bütün sahələrə, xüsusilə də nəqliyyat sektoruna təsir göstərəcək.
"Metropolitenin üzərinə düşən yükün müəyyən hissəsini artıq avtobuslar, taksilər və digər nəqliyyat vasitələri öz üzərinə götürməyə məcburdur. Təbii ki, bu müddətdə müəyyən çətinliklər və sıxlıqlar yaranacaq. Təxminən 10 aylıq bir müddətdən söhbət gedir və biz bu prosesə müəyyən qədər dözməliyik. Çünki xətlərin ayrılması həyata keçirilməsə, ictimai nəqliyyatın əsas dayaqlarından biri olan metropoliteni inkişaf etdirmək mümkün olmayacaq. Xətlər ayrılmalıdır ki, qatarlar arasındakı intervalı azaltmaq və hər bir xətti ayrıca inkişaf etdirmək mümkün olsun. Yəni biz bu prosesi məcburiyyətdən həyata keçiririk".
Ekspert bildirib ki, ekspress avtobuslara gəldikdə isə, müxtəlif istiqamətlər üzrə əlavə avtobus marşrutları müəyyən edilib:
"Bu, yalnız 28 May-Gənclik istiqaməti ilə məhdudlaşmır. Ümumiyyətlə, 28 May-Gənclik arasında ayrıca ekspress avtobus xətti təşkil edilməyib. Çünki bütün sərnişinləri həmin istiqamətdə toplayaraq bir nöqtədən digərinə daşımaq düzgün olmazdı. Bunun əvəzinə Koroğlu, Gənclik və Nərimanov stansiyalarından digər istiqamətlərə, o cümlədən Elmlər Akademiyası, İnşaatçılar, 20 Yanvar və digər istiqamətlərə ekspress avtobuslar təşkil edilib. Güman edirik ki, müəyyən çətinliklərə baxmayaraq, bu dövrü qarşılıqlı anlayış göstərərək birlikdə başa vuracağıq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 578 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabrSabah da Bakıya yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
3 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr