Azərbaycandan Rusiyaya pul köçürmələri DAYANDIRILDI - SƏBƏB

Azərbaycandan Rusiyaya pul köçürmələri DAYANDIRILDI - SƏBƏBSon günlər Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırılması ilə bağlı məlumatlar vətəndaşlar arasında narahatlıq yaradıb. Belə məhdudiyyətlər xüsusilə iki ölkə arasında müntəzəm pul köçürmələrindən istifadə edən şəxslərin maliyyə əməliyyatlarına, eləcə də transsərhəd pul axınlarına təsir göstərə bilər.

Bəs, bu vəziyyət vətəndaşların pul göndərmə imkanlarına və Azərbaycan-Rusiya arasında maliyyə axınlarına necə təsir edə bilər və prosesin ölkə iqtisadiyyatı üçün mümkün nəticələri nələrdir?
Azərbaycandan Rusiyaya pul köçürmələri DAYANDIRILDI - SƏBƏBMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, hazırkı məhdudiyyət ümumi xarakter daşıyır və əlbəttə ki, Rusiyadan Azərbaycana pul köçürmələrinə ciddi təsir göstərəcək:

"Xüsusilə Rusiyadan Azərbaycana ödənişlərin çətinləşməsi əlavə xərclərin yaranmasına səbəb ola bilər ki, bu da Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsir göstərəcək amillərdən biridir. Bu, xüsusi və böyük qlobal çətinlik yaratmasa da, müəyyən mənfi fəsadları olacaq. Azərbaycandan Rusiyaya və ya Rusiyadan Azərbaycana təhsil, səhiyyə və digər zəruri ödənişlərlə bağlı ani pul köçürmələrində müəyyən məhdudiyyətlərin yaranması daha real görünür. Qısamüddətli dövr üçün bunun ciddi risk yaradacağını düşünmürəm. Lakin problem uzun müddət davam edərsə, ciddi fəsadlara səbəb ola bilər. Çünki Rusiyada yaşayan azərbaycanlıların sayı kifayət qədər çoxdur və Azərbaycana xaricdən daxil olan pul vəsaitlərinin əhəmiyyətli hissəsi Rusiyadan gəlir".

Ekspert bildirib ki, Mərkəzi Bank tərəfindən də açıqlanıb ki, bu, bankların həll etməli olduğu məsələdir:

"Yəni "Zolotaya Korona" sisteminin məhdudlaşdırılması və sanksiya təhlükəsinin mövcudluğu fonunda banklar alternativ həll yolları tapmalıdırlar. Banklar "Zolotaya Korona"ya alternativ ödəniş kanalları müəyyən etməli və həmin vasitələrlə müvafiq pul köçürmələrinin həyata keçirilməsini təmin etməlidirlər. Burada əsas məsələ bankların nə qədər operativ şəkildə alternativ yollar tapa bilməsidir. Banklar bu problemi nə qədər tez həll etsələr, pul köçürmələri üzrə mövcud dövriyyəni də bir o qədər yaxşı qoruyub saxlaya bilərlər. Əks halda, banklar operativ qərarlar qəbul edə bilməsələr, nəticə mənfi olacaq. Əgər bu problem uzun müddət davam edərsə, təbii ki, Azərbaycan iqtisadiyyatına daha geniş miqyasda mənfi təsir göstərə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 655   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA

Bakı Metropolitenində qatarlararası intervalın azaldılması sərnişin sıxlığının və stansiyalarda gözləmə müddətinin aşağı salınması baxımından mühüm addımdır. Hazırda Qırmızı xətt üzrə interval 2 dəqiqə 30 saniyəyə endirilib, Yaşıl xəttdə isə 3 dəqiqə 30 saniyə təşkil edir. Xətlərin ayrılması layihəsini

25 avqust
.

Azərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından bir

25 avqust
.

Məleykə Abbaszadədən təsirli paylaşım

"Əziz birinci kurs tələbələri! Bu gün sizin həyatınızda mühüm bir mərhələ başa çatdı. İmtahanlar, nəticələri gözləmək, ixtisas seçimi və nəhayət, qəbul xəbəri. Siz artıq tələbə adını qazanmısınız. Hər birinizi ürəkdən təbrik edirəm. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Dövlət İmtaha

25 avqust
.

Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir

Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi il

25 avqust
.

Azərbaycan-Özbəkistan əlaqələri yeni inkişaf mərhələsində

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə seçilərək, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da möhkəmlənməsinə mühüm zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsind

25 avqust
.

Laçın Şəhəri Gününün əsas mahiyyəti Azərbaycan xalqının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin yaratdığı tarixi qürurdur

26 avqust - Laçın Şəhəri Günü tarixi Zəfərin, milli iradənin, doğma torpaqlara qayıdışın rəmzi kimi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu tarixi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş və Sərəncama əsasən, hə

25 avqust
.

Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin iqtisadi məzmununu daha da dərinləşdirən mühüm mərhələdir. Bu gün əməkdaşlıq artıq təkcə siyasi dialoqla məhdudlaşmır, investisiya, sənaye, nəqliyyat və logistika sahələrində konkret birgə layihələrl

25 avqust
.

Yatmış vəziyyətdə öldürülübmüş - Evə pəncərə torundan girib...

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə

25 avqust
.

Bu şəhid övladları tələbə oldular - Adlar

Bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladlarının adları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Onların siyahısını təqdim edirik:. 1. Şəhid Baş çavuş Rəhimov Ruslanın övlad

25 avqust