İkili diplomlu peşə məktəbləri əmək bazarının ehtiyaclarını ödəyə biləcəkmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

İkili diplomlu peşə məktəbləri əmək bazarının ehtiyaclarını ödəyə biləcəkmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon illərdə Azərbaycanda peşə təhsilinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Əmək bazarında ixtisaslı işçi qüvvəsinə tələbatın yüksəlməsi, istehsal və xidmət sektorlarında praktik bacarıqlara malik mütəxəssislərə ehtiyacın çoxalması bu sahənin əhəmiyyətini daha da artırır. Bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində beynəlxalq ikili diplom verən yeni peşə təhsili müəssisələrinin yaradılması da planlaşdırılır. Məqsəd məzunların həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini artırmaq, təhsil ilə iş dünyası arasında əlaqəni gücləndirməkdir.

Azərbaycanda Türkiyə ilə əməkdaşlıq çərçivəsində ikili diplom verəcək yeni peşə məktəblərinin açılması və peşə təhsilində beynəlxalq ikili diplom proqramlarının tətbiqi üzrə planlar da bu hədəfə xidmət edir. Bu dəyişikliklərin əmək bazarının real ehtiyaclarını nə dərəcədə ödəyə biləcəyi, işəgötürənlərin gözləntilərinə cavab verib-verməyəcəyi və peşə təhsilinin gələcək inkişafına necə təsir göstərəcəyi isə müzakirə olunan əsas məsələlərdəndir.
İkili diplomlu peşə məktəbləri əmək bazarının ehtiyaclarını ödəyə biləcəkmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Sonxeber.az-a açıqlamasında bildirdi ki, bəli, potensialı var, amma bir şərtlə: əsas məqsəd iki diplom vermək deyil, məzunu ikiqat bacarıqlı etmək olmalıdır. Azərbaycanda peşə təhsilinə marağın artması artıq rəqəmlərdə də görünür. 2026/2027-ci tədris ili üçün 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 qəbul yeri ayrılıb. Eyni zamanda yüksək texniki peşə təhsilində tələbə sayının 10 min nəfərə çatdırılması hədəflənir. 2026-2030-cu illərdə isə müasir standartlara cavab verən 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi, daha ikisinin əsaslı təmiri nəzərdə tutulur.

Əmək bazarı baxımından daha vacib məqam isə təhsilin istehsalatla birləşdirilməsidir. 2025/2026-cı tədris ilində dual peşə təhsili proqramına 1704 nəfər qəbul olunub və proqram 27 peşə məktəbində, 39 ixtisas üzrə 150-dən çox işəgötürənin iştirakı ilə həyata keçirilib. Bu modeldə tələbə yalnız auditoriyada öyrənmir, real müəssisədə işləməyi də öyrənir.

Məhz buna görə yeni məktəblərdə beynəlxalq proqram və ya ikili diplom mexanizmi tətbiq ediləcəksə, onun uğurunu diplomun üzərindəki iki ad deyil, üç göstərici müəyyən edəcək: hansı peşələr üzrə kadr hazırlanır, tələbə nə qədər real istehsalat təcrübəsi keçir və məzunların neçə faizi ixtisası üzrə işə düzəlir.

Bu gün əmək bazarının elektrik, avtomatika, mexatronika, İT, sənaye avadanlıqlarının istismarı, logistika, tikinti, turizm və digər texniki-praktik istiqamətlərdə hazırlıqlı kadrlara ehtiyacı artır. Peşə məktəbi proqramını işəgötürənlə birlikdə qurarsa, tələbə məktəbdən çıxanda "iş axtaran məzun" yox, işə hazır mütəxəssis olar.

Amma burada bir risk də var. Əgər ikili diplom sadəcə peşə təhsilinin nüfuzunu artırmaq üçün istifadə edilən formal mexanizmə çevrilərsə, əmək bazarındakı problemi həll etməyəcək. Müasir bina, xarici tərəfdaş və iki diplom yaxşı başlanğıcdır, lakin müəssisəyə lazım olan qaynaqçı, elektrik, texnik, proqramçı və ya mexatronika mütəxəssisi hazırlanmırsa, nəticə yenə də kağız üzərində qalacaq.

Yəni sual "yeni peşə məktəbləri əmək bazarının ehtiyacını ödəyəcəkmi?" deyil. Əsas sual budur: əmək bazarı həmin məktəblərin auditoriyasına və emalatxanasına daxil ola biləcəkmi? İşəgötürən proqramın hazırlanmasında iştirak edərsə, tələbəni istehsalat təcrübəsinə qəbul edərsə və məktəb hər il bazarın tələb etdiyi ixtisasları yeniləyərsə, yeni model Azərbaycanda uzun illər mövcud olmuş "diplom var, peşə yoxdur" problemini əhəmiyyətli dərəcədə dəyişə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 502   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr
.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr