Məhkəmədə Sənubər də dindirilib
Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyevanın (Arzum) növbəti apellyasiya məhkəməsi keçirilib.
Axşam.az xəbər verir ki, məhkəmə zamanı blogerin vəkillərinin təkrar ekspertiza təyin edilməsi istəyi təmin olunub. Məhkəmə qeyri-müəyyən vaxta təyin edilib.
Məhkəmədə qəza zamanı avtomobildə olan Sənubər Muradova da iştirak edib. O, ifadə verib.
"Arzum"un vəkili Fərid Həsənov bu haqda danışaraq "Sənubər xanım ifadə verdi. Qəza zamanı yadında qalanları danışdı" sözlərini söyləyib.
Vəkil əlavə edib ki, qəzada dünyasını dəyişən Amal Məlikovun ailəsi ilə rəsmi barışıq olmasa da tərəflər bununla bağlı danışıqlar aparır:
"Barışıqla bağlı cəhdlərimiz var. İlduzə xanımın təqsirli olub, olmamasından asılı olmayaraq barışığa çalışılır. Danışıqlar aparılır, zərərin bir qisminin ödənilməsi üçün razılıq əldə etməyə çalışırıq".
Qeyd edək ki, "Arzum"un təqsirli bilindiyi qəza ötən ilin iyununda Mərdəkan qəsəbəsində olub. Gecə yarısı "Changan" markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn "Mercedes"lə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Bir neçə gün əvvəl isə apellyasiya məhkəməsi keçirilib və bloqer ev dustaqlığına buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI
Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI
Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD
Pensiyalar nə vaxt artırılacaq? - İlkin TARİX AÇIQLANDI
Ay qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF
Yeni orqan kəşf edildi
Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA
Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
Azərbaycanda pensiya ilə bağlı sevindirici ANONS - Sinqapur modeli nədir?