Ən çox turist bu rayona gedib
2026-cı ilin ilk rübündə Azərbaycanın bir sıra rayonlarında turizm göstəricilərində yüksək artım qeydə alınıb. Ən yüksək dinamika işğaldan azad edilmiş ərazilərdə müşahidə olunub.
Sonxeber.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Turizm gəlirlərinin artım tempinə görə Cəbrayıl ilk sırada qərarlaşıb. Rayonda gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 320 faiz artaraq 226,7 min manatdan 952,7 min manata yüksəlib.
Füzulidə bu göstərici 239 faiz, Zəngilanda 160 faiz, Laçında 126 faiz, Şuşa və Ağdamda isə 97 faiz olub.
Bakıda da turizm gəlirləri ötən ilin ilk rübü ilə müqayisədə 37 faiz artaraq 543,9 milyon manatdan 743 milyon manata çatıb.
Turist sayında da oxşar dinamika müşahidə olunub. Belə ki, Cəbrayıla gedən turistlərin sayı ötən ilin ilk rübündəki 914 nəfərdən 8 min 215 nəfərə yüksələrək 799 faiz artıb.
Zəngilanda turist sayı 929 nəfərdən 6 min 290 nəfərə (577 faiz), Füzulidə 3 min 290 nəfərdən 16 min 563 nəfərə (403 faiz), Ağdamda 7 min 629 nəfərdən 21 min 312 nəfərə (179 faiz), Şuşada isə 15 min 279 nəfərdən 36 min 255 nəfərə (137 faiz) çatıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 565 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabr