Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər
Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər.
Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?
Globalinfo.az-a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, adətən iyun ayından etibarən müşahidə olunan güclü istilər bu dəfə gecikib:
"Ayrı-ayrı aylarda havanın qeyri-adi keçməsi iqlim sistemində baş verən dəyişikliklərlə bağlıdır. Son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində fəsillərin başlanğıc və bitmə tarixlərində müəyyən sürüşmələr sezilir. Bu isə yay mövsümünün bəzi illərdə daha gec başlayaraq sentyabrın sonu, hətta oktyabrın ilk günlərinə qədər davam etməsi ehtimalını artırır. Lakin bunu indidən dəqiq proqnoz kimi qəbul etmək düzgün olmaz.
Avqust ayının ən isti dövr olması gözlənilir. Xüsusilə Aran rayonlarında və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından yüksək olacağı, bəzi günlərdə 40 dərəcəyə yaxınlaşa biləcəyi ehtimal edilir. Bununla yanaşı, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışları, şimşək, eləcə də dolu halları istisna edilmir".
Ekoloq bildirib ki, sentyabr ayında da havanın temperaturu normadan yüksək qala bilər:
"Bu səbəbdən isti hava şəraitinin payızın ilk həftələrində də davam etməsi mümkündür. Lakin oktyabr ayının necə keçəcəyini indidən yüksək dəqiqliklə söyləmək elmi baxımdan mümkün deyil".
Ekspertin sözlərinə görə, son illərdə təkcə temperatur deyil, yağıntıların paylanması da dəyişib:
"Bir neçə həftə quraqlıq müşahidə olunduqdan sonra qısa müddətdə intensiv yağışların yağması, dolu və sel hadisələrinin baş verməsi artıq daha tez-tez rast gəlinən hallardandır. Bu dəyişikliklər kənd təsərrüfatına, su ehtiyatlarına və insanların gündəlik həyatına da təsir göstərir. Belə nəticəyə gəlmək olar ki, bu il yayın gec hiss olunması onun müəyyən qədər uzanacağı ehtimalını artırsa da, "yay mütləq oktyabra qədər davam edəcək" demək hələlik elmi əsaslandırılmış proqnoz deyil. Qarşıdakı aylarda isti hava dalğalarının davam etməsi mümkündür və vətəndaşların rəsmi meteoroloji proqnozları mütəmadi izləmələri tövsiyə olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib