Bu şəxslər ad və soyadını DƏYİŞƏ BİLMƏZ - RƏSMİ
Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb.
"Bakupost" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adını və soyadını dəyişdirmək üçün müraciət edə bilərlər. Müraciət vətəndaşın seçdiyi qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan şəxslər tərəfindən isə konsulluq idarəsinə təqdim olunur.
Müraciət qəbul edildikdən sonra doğum, nikah, nikahın pozulması və digər vətəndaşlıq vəziyyəti akt qeydlərinin əldə olunması üçün sorğular göndərilir. Bundan sonra sənədlər yoxlama aparılması məqsədilə şəxsin yaşayış yeri üzrə polis orqanına təqdim edilir. Yoxlamanın nəticələri və toplanmış sənədlər əsasında qeydiyyat orqanı adın, ata adının və ya soyadın dəyişdirilməsi barədə qərar verir.
Qərar müsbət olduqda dəyişiklik dövlət qeydiyyatına alınır və vətəndaşa müvafiq şəhadətnamə təqdim edilir. Müraciətə imtina verildiyi halda isə həmin qərardan inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət etmək mümkündür.
Nazirlik bildirib ki, cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunan, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan, həmçinin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslərin ad, ata adı və soyadını dəyişdirməsinə yol verilmir.
Bundan başqa, qanunvericiliyə əsasən, adın, ata adının və soyadın təkrar dəyişdirilməsi mümkün deyil. Yalnız ər-arvaddan birinin soyadını dəyişməsi ilə əlaqədar digərinin soyadının dəyişdirilməsi, atanın adının dəyişdirilməsi nəticəsində uşaqların ata adının, valideynlərin soyadının dəyişdirilməsi zamanı isə uşaqların soyadının dəyişdirilməsi istisna təşkil edir.
Qeyd olunub ki, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı üçün 15 manat dövlət rüsumu ödənilir. Eyni zamanda, ər-arvaddan birinin soyadını dəyişməsi digərinin soyadının avtomatik dəyişdirilməsinə səbəb olmur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri