Azərbaycanda kişilər üçün pensiya yaşı YENİDƏN ARTIRILA BİLƏR? - 67-yə qədər...
Qadınlar üçün də pensiya yaşının 65-ə çatdırılması ilə Azərbaycanda pensiya yaşının mərhələli şəkildə artırılması prosesi başa çatıb. Bununla belə, demoqrafik və iqtisadi göstəricilər fonunda gələcəkdə, xüsusilə də kişilər üçün pensiya yaşının yenidən artırılıb-artırılmayacağı müzakirə mövzusu olaraq qalır.
Bəs belə bir qərarın qəbul edilməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gələcəkdə kişilər üçün pensiya yaşının yenidən artırılması ehtimalını istisna etmək olmaz.
Onun sözlərinə görə, Azərbaycan pensiya siyasətində əsasən Avropa ölkələrinin təcrübəsini izləyir:
"Belə bir ehtimal var. Azərbaycanda pensiya yaşı ilə bağlı qərarlar əsasən Avropadakı tendensiyalara uyğun formalaşdırılır. Ölkəmizdə demoqrafik vəziyyət də ürəkaçan deyil. Avropanın bir çox ölkəsində pensiya yaşı artıq 67-yə qədər yüksəldilib. Buna görə də gələcəkdə Azərbaycanda da, təəssüf ki, bu təcrübədən istifadə oluna bilər".
İqtisadçı hesab edir ki, əhalinin yaşlanması, əmək bazarında çalışanların sayının azalması və pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsi kimi amillər gələcəkdə bu istiqamətdə yeni qərarların qəbuluna təsir göstərə bilər.konkret.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5920 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabr