Pensiyalarla bağlı İLK DƏFƏ AÇIQLANDI - Dəyişiklik edilir?

Pensiyalarla bağlı İLK DƏFƏ AÇIQLANDI - Dəyişiklik edilir?Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı.

Bunu Modern.az-a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəlik qayğıya olan ehtiyaclarının qarşılanmasına xidmət edir.

"İnsan yaşlandıqca həm qulluq, həm maddi, həm də tibbi baxımdan ehtiyacları artır. Xüsusilə qulluq məsələsi çox önəmlidir. Belə bir sistemin Azərbaycanda da tətbiqi yaxşı olardı", - deyə o bildirib.

İqtisadçı qeyd edib ki, Azərbaycanda yaşlı insanlar üçün sosial xidmət müəssisələri fəaliyyət göstərsə də, hər kəs həmin müəssisələrdə yaşamaq istəmir.

"Elə insanlar var ki, evini tərk etmək istəmir və öz evində qalmağa üstünlük verir. Belə şəxslərin ev şəraitində qulluq, tibbi xidmət və digər ehtiyaclarının qarşılanması üçün baxım sosial sığorta sisteminin tətbiqi faydalı ola bilər", - V.Əhmədov vurğulayıb.

O hesab edir ki, bu sistem xüsusilə ağır xəstələr və əlilliyi olan şəxslər üçün daha əlverişli olar.

Vahid Əhmədov bildirib ki, pensiya sistemində də dəyişikliklərə ehtiyac var.

"İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyirlər və onların fərdi hesablarında vəsait toplanır. Elə insanlar var ki, həmin hesabda 200-400 min manat vəsaiti formalaşıb. Hesab edirəm ki, pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına yığılan vəsaitdir", - deyə o bildirib.

İqtisadçı əlavə edib ki, Azərbaycanın maliyyə imkanları belə bir modelin mərhələli şəkildə tətbiqinə şərait yaradır.

"Azərbaycanda maliyyə vəziyyəti normaldır. Belə islahatları birdən-birə deyil, mərhələli şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, yaşlılar, əlillər və ağır xəstələrə dövlət dəstəyinin daha da genişləndirilməsinə ehtiyac var", - Vahid Əhmədov qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6577   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr