"Media və Yayım Şurasının kollegial idarəetmə modelinin əsas götürməsi də xüsusi əhəmiyyət daşıyır" - Bəhruz Quliyev

"Media və Yayım Şurasının kollegial idarəetmə modelinin əsas götürməsi də xüsusi əhəmiyyət daşıyır" - Bəhruz Quliyev"Media və Yayım Şurasının yaradılması Azərbaycan media məkanında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki burada söhbət yalnız iki qurumun - Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bir strukturda birləşdirilməsindən getmir. Əsas məsələ media və yayım sahəsində dövlət siyasətinin daha sistemli, çevik və vahid mexanizmlər əsasında həyata keçirilməsidir.

Bu gün media artıq yalnız informasiya ötürən vasitə deyil. Media həm də cəmiyyətin ictimai-siyasi düşüncəsinə təsir edən, milli maraqların və informasiya təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan strateji institutdur. Xüsusilə informasiya müharibələrinin genişləndiyi, rəqəmsal platformaların sürətlə inkişaf etdiyi bir dövrdə milli medianın güclü, peşəkar və iqtisadi baxımdan dayanıqlı olması dövlət üçün də, cəmiyyət üçün də vacib məsələdir."

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, yeni Şuraya verilən səlahiyyətlər arasında media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinin ayrıca qeyd olunması təsadüfi deyil. Çünki müasir medianın əsas problemlərindən biri məhz iqtisadi dayanıqlıq məsələsidir. İqtisadi cəhətdən zəif media qurumunun keyfiyyətli jurnalistika aparması, peşəkar kadrları qoruması, yeni texnologiyalara investisiya qoyması və rəqəmsal rəqabətdə mövqeyini saxlaması kifayət qədər çətindir.
Ona görə də dövlət-media münasibətlərində yeni mərhələnin əsas hədəflərindən biri medianın dövlət dəstəyindən asılılığını artırmaq yox, onun öz iqtisadi modelini qurmasına imkan verən sağlam media bazarının formalaşdırılması olmalıdır. Media layihələrinin müsabiqə əsasında dəstəklənməsi, audiovizual məhsulların istehsalına dövlət sifarişlərinin verilməsi, peşəkar kadrların hazırlanması bu baxımdan əhəmiyyətlidir.
Digər mühüm məsələ dövlət qurumları ilə media arasında qarşılıqlı etimadın gücləndirilməsidir. Jurnalist üçün informasiyaya çıxış nə qədər vacibdirsə, dövlət qurumları üçün də peşəkar, məsuliyyətli və obyektiv medianın mövcudluğu bir o qədər əhəmiyyətlidir. Bu münasibətlər qarşılıqlı hörmət və şəffaflıq prinsipləri üzərində qurulmalıdır".

"Düşünürəm ki, Media və Yayım Şurasının kollegial idarəetmə modelinin əsas götürməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki media sahəsində qərarların qəbulunda müxtəlif baxışların, peşəkar yanaşmaların və ictimai maraqların nəzərə alınması etimad mühitinin möhkəmlənməsinə xidmət edə bilər. Azərbaycan mediası son illərdə ciddi transformasiya mərhələsindən keçir. Ənənəvi qəzetçilik, televiziya və radio ilə yanaşı, internet mediası, sosial şəbəkələr, YouTube, podkastlar və digər rəqəmsal platformalar artıq informasiya məkanının ayrılmaz hissəsinə çevrilib. Deməli, media siyasəti də bu reallıqlara uyğunlaşmalıdır.

Hesab edirəm ki, Media və Yayım Şurasının qarşısında duran əsas vəzifələrdən biri məhz bu transformasiyanı düzgün idarə etmək, ənənəvi medianın potensialını qorumaqla yanaşı, yeni media platformalarının imkanlarından səmərəli istifadə etməkdir.

Azərbaycan mediasının qarşısında bu gün həm böyük imkanlar, həm də ciddi çağırışlar var. İmkan ondan ibarətdir ki, dövlət media sektorunun inkişafı üçün yeni mexanizmlər formalaşdırır. Çağırış isə odur ki, media bu imkanlardan istifadə edərək daha peşəkar, daha rəqabətli, daha məsuliyyətli və daha müstəqil olmalıdır.
Yeni Media və Yayım Şurasının fəaliyyətinin nəticəsini də məhz bu meyarlarla qiymətləndirmək lazımdır: Azərbaycan mediası nə qədər güclənəcək, media subyektlərinin iqtisadi dayanıqlığı nə qədər artacaq, jurnalistikanın peşəkarlığı hansı səviyyəyə yüksələcək və ən əsası, cəmiyyətin etimad etdiyi güclü milli informasiya məkanı nə dərəcədə formalaşacaq. Hesab edirəm ki, yeni qurum qarşısında çox ciddi və strateji vəzifələr dayanır. Bu mərhələdə əsas məqsəd yalnız medianı tənzimləmək deyil, Azərbaycan mediasının inkişafına şərait yaratmaq, onun iqtisadi və institusional imkanlarını genişləndirmək və qlobal informasiya rəqabətində milli medianın mövqelərini gücləndirmək olmalıdır."- deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 237   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

8 avqust - Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində yeni mərhələ

Bakı və Vaşinqton arasında əsası qoyulan dinamik tərəfdaşlıq Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə rəsmiləşərək iki ölkə arasındakı diplomatik, hərbi və iqtisadi əlaqələrin yeni hüquqi-siyasi bazasını yaradıb. Cənubi Qafqazın geosiyasi mənzərəsi və Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlər

10 avqust
.

Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib

Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, "Hyundai", "KİA" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var. DİN-in Mətbuat xidmətinin regiona

10 avqust
.

8 avqust görüşlərinin tarixi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərinin və Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə sülh prosesi üzrə mühüm sənədlərin imzalanmasının bir ili tamam olur. 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüş Cənubi Qafqazda uzun illər davam edən münaqişənin arxada qalmas

10 avqust
.

Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADI

Şüşəli eyvanların geniş yayılması mənzillərdə əlavə istifadə sahəsi və estetik görünüş yaratsa da, bu cür konstruksiyaların layihələndirilməsi zamanı həm memarlıq, həm də təhlükəsizlik tələblərinə ciddi əməl olunması vacibdir. Xüsusilə yay aylarında günəş şüalarının birbaşa təsiri şüşəli eyvanlarda temperaturu

10 avqust
.

"Azərbaycan-Ukrayna münasibətləri regional proseslər kontekstində mühüm əhəmiyyət daşıyır" - Politoloq

Tarixən dövlətlərarası münasibətlər müharibə, sülh, ticarət və ittifaqlar əsasında inkişaf etmişdir. Yeni dövrdə isə beynəlxalq hüquq və diplomatiya sistemi əsas rol oynayır. Azərbaycanın dövlətlərarası münasibətləri milli maraqlara, bərabərhüquqluluğa və qarşılıqlı hörmətə əsaslanan müstəqil xaric

10 avqust
.

Universitet müəllimi vəfat edib

Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat və marketinq" kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib. xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. Bildirilib ki, 1964-cü ildə Naxçıvanda anadan olan Elşən Nəsirov uzun illər iqtisadiyyat və idarəetmə sahəsində çalışıb. O, müxtəli

10 avqust
.

Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişafı

"Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qarşısına qoyduğu əsas strateji məqsədlərdən biri dünya birliyinə fəal inteqrasiya etmək, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurmaq və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək olub. Bu gün Azərbaycan regiona

10 avqust
.

Cənubi Qafqazda sülh gündəliyinin yeni mərhələ

si. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il keçir. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənub

10 avqust
.

Pensiyalarla bağlı İLK DƏFƏ AÇIQLANDI - Dəyişiklik edilir?

Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı. Bunu -a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəli

9 avqust