Vaşinqton sammitindən bir il keçir

Vaşinqton sammitindən bir il keçirAzərbaycan Prezidenti İlham Əliyev bir il öncə ABŞ səfəri çərçivəsində ikitərəfli və regional maraqların, təhlükəsizliyin, sülhün, əməkdaşlığın təmin olunması baxımından çox mühüm sənədlərə imza atıb.
Bu işgüzar səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda avqustun 7-8-də reallaşıb. Avqustun 8-də Prezident İlham Əliyevin Ağ Evdə Prezident Donald Trampla görüşü keçirilib.

Bu görüş zamanı Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Hökuməti və ABŞ Hökuməti arasında Anlaşma Memorandumu prezidentlər tərəfindən imzalanıb. "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Donald Tramp Sərəncam imzalayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakı-Vaşinqton arasında bu istiqamətdə atılan yeni addımdır. Bu, Azərbaycanla ABŞ arasında strateji müttəfiqliyə təkan verir, əlaqələrin genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə şərait yaradır.

Bu ilin iyununda ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun görüşü olub. İşçi qrupda əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin dərinləşdirilməsi və innovativ layihələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Xəzər dənizi və Orta Dəhliz vasitəsilə Şərq-Qərb bağlantılarının, logistika imkanlarının inkişafı, nəqliyyat və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli tənzimləmə rejimləri, qabaqcıl texnoloji həllər, məlumat mərkəzləri və tənzimləyici çərçivələrə dair fikir mübadiləsi aparılıb.
Bu, prezidentlərin ötən ilki avqust sammitində imzalanan sənədlərdə nəzərdə tutulan məsələlərin reallaşması istiqamətində atılan addımlara nümunədir. Ötənilki sammit Azərbaycanla ABŞ arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyib.

Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton şəhərində görüşün keçirilməsi, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə onun nəticələrinə dair Birgə Bəyannamə ninimzalanması regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir.

Üçtərəfli görüş çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsi paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk Prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanıb.

Bu səfərdə ikitərəfli, regional və qlobal əhəmiyyətli əsas məsələ Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində atılan addımdır.

Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Bu marşrut Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq.

Ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb. İlk tranzit yük qatarı 2025-ci ilin noyabr ayında yola düşüb. Bu qatar birbaşa daxili xətt deyil, Rusiya Federasiyasından Azərbaycan və Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb.

Təəssüf ki, Ermənistan hələ də üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdə ləng fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasındakı təcavüzkar preambula və müddəalar qalır. Rəsmi İrəvan əsas qanunda dəyişiklik etmək, habelə bu kimi iki tərəfin marağını təmin edən fundamental məsələlərlə bağlı hələ ki vədlər verir. Bundan başqa Ermənistanda Azərbaycanın daxili işlərin müdaxilə etmək cəhdləri də müşahidə olunur. Ölkədə Azərbaycan torpaqlarının yenidən işğal edilməsi istiqamətində təbliğatın aparılması, bu tip revanşistlərin fəaliyyətinə şərait yaradılması və imkan verilməsi, habelə Azərbaycanda hərbi cinayətlər törətməkdə mühakimə olunmuşların Ermənistanda müdafiəsinə rəsmi İrəvanın göz yumması kimi hallar Vaşinqtonda əldə edilən razılaşmaların müddəalarına və ruhuna ziddir. Bu kimi məsələlər rəsmi İrəvana etimad və etibara, habelə iki ölkə arasında sülh və normallaşma prosesinə zərbə vurur.

ABŞ-də bir il öncə Ermənistanla imzaladığı anlaşmaya öz sadiqliyini nümayiş etdirir. Rəsmi Vaşinqton avqustun 4-də TRIPP Fonduna ayrılan vəsaitin həcmini iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb. Bu addım Vaşinqtonun Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında iştirakını genişləndirməyə, eləcə də regionu Transxəzər Nəqliyyat Dəhlizi ilə birləşdirən layihələrin irəlilədilməsinə çalışdığı bir dövrdə atılması ABŞ-nin bu layihəyə verdiyi əhəmiyyətin göstərir.

Bir il öncəki avqust sammitdən sonra Azərbaycanın gördüyü işlər regional və qlobal layihələrin icrasında etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir. Ermənistanda münasibətlərin inkişafında adekvat addımlar atarsa, o zaman Cənubi Qafqaz əməkdaşlıq üçün etibarlı regiona çevrilər.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 112   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şair Çingiz Əlioğlunun dəfn yeri bilindi

Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bu barədə "Report"a mərhum şairin ailəsindən məlumat verilib. Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığın

10 avqust
.

8 avqust - Qafqazın tarixinin dəyişdirən gün

2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin məhz ABŞ lideri Donald Trampın iştirakı ilə Ağ Evdə paraflanması Prezident İlham Əliyevin böyük siyasi-diplomatik qələbəsidir. Cənubi Qafqaz böyük sürətlə yeni regional dəyişikliklər mərhələsi üzrə irəliləyir. Bu regional dəyişiklikləri

10 avqust
.

"Azərbaycan-Ukrayna münasibətləri regional proseslər kontekstində mühüm əhəmiyyət daşıyır" - Politoloq

Tarixən dövlətlərarası münasibətlər müharibə, sülh, ticarət və ittifaqlar əsasında inkişaf etmişdir. Yeni dövrdə isə beynəlxalq hüquq və diplomatiya sistemi əsas rol oynayır. Azərbaycanın dövlətlərarası münasibətləri milli maraqlara, bərabərhüquqluluğa və qarşılıqlı hörmətə əsaslanan müstəqil xaric

10 avqust
.

Azərbaycan diplomatiyasının növbəti uğuru

Tarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi əsaslarının yaradılmasına yönəltməklə müstəsna yer tutur. Məhz bu baxımdan Azərbaycan liderinin ortaya qoyduğu siyasi iradə müasir beynəlxalq münasibətlə

10 avqust
.

Regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən tarix

Avqustun 8-i Azərbaycanın müasir diplomatiya salnaməsinə, eləcə də Cənubi Qafqazın yeni geostrateji arxitekturasına qızıl hərflərlə yazılmış tarixi dönüş nöqtələrindən biridir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına reallaşan mühüm səfəri və Vaşinqtonda Ermənistanla sülh memorandumunu

10 avqust
.

Regionda hava soyuyur: yağış, külək, dolu başlayır - TARİX AÇIQLANDI

Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir. xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir. Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır. Bunda

9 avqust
.

Vaşinqton Zirvəsi Azərbaycanın regionda yaratdığı status kvonu bir daha təsbit etdi

Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət son illərdə Cənubi Qafqazın geosiyasi xəritəsini əsaslı şəkildə dəyişib. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüy

10 avqust
.

Kürdə batan qız Azərbaycan çempionu imiş

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub. Suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş. Qızın nənəsi Gülnaz Məmmədova APA-nın yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: "Gözümüz baxa-bax

10 avqust
.

Azərbaycanda kişilər üçün pensiya yaşı YENİDƏN ARTIRILA BİLƏR? - 67-yə qədər...

Qadınlar üçün də pensiya yaşının 65-ə çatdırılması ilə Azərbaycanda pensiya yaşının mərhələli şəkildə artırılması prosesi başa çatıb. Bununla belə, demoqrafik və iqtisadi göstəricilər fonunda gələcəkdə, xüsusilə də kişilər üçün pensiya yaşının yenidən artırılıb-artırılmayacağı müzakirə mövzusu olara

9 avqust