Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi

Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsiBu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Hər bir sahədə zəngin təcrübəyə, böyük potensiala malik olan Azərbaycanın hədəflərə ardıcıllıqla nail olması reallıqdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu Azərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, regionda dayanıqlı sülhə, təhlükəsizliyə qovuşdurdu. Artıq bir ildir sülh şəraitində yaşayırıq. Prezident İlham Əliyevin ötən ilin 7-8 avqust tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona reallaşdırdığı tarixi işgüzar səfər Bakı ilə Vaşinqton arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması ilə yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynadı. Səfər çərçivəsində əldə olunan  razılaşmalar regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirdi. Dövlətimizin başçısı İlham Əliyev 2025-ci ili tarixi il kimi xarakterizə edərək bildirdi ki, Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Sülh şəraitində yaşamağın bəhrəsini görürük. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək. Dövlətimizin başçısı İlham Əliyevin  çağırışlarında bu məqam da xüsusi qeyd edilir ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi  paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik.

Bugünkü reallıqlarımız daim müstəqillik tariximizdə  keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Müstəqilliyimizin bərpasının ilk illəri, xüsusilə AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövrü Azərbaycanda dərin siyasi, iqtisadi və hərbi böhranlarla, həmçinin torpaqlarımızın işğalı ilə yadda qaldı. Şuşanın, Laçının, Kəlbəcərin işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdi. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü  nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı. Hakimiyyəti zor gücünə ələ keçirən bu cütlük bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idi.

Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq ölkəmizə qarşı ədalətsiz qərarların qəbul edilməsinə səbəb oldu. 1992-ci ildə  ABŞ Konqresinin Azərbaycana qarşı atdığı  ədalətsiz addımı xüsusi qeyd etməliyik.  Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi "Azadlığa Dəstək Aktı"nı qəbul etdi və ədalətsiz  907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. İşğala məruz qalan, bir milyondan artıq soydaşı  məcburi köçkün vəziyyətinə düşən Azərbaycana qarşı belə ədalətsiz qərar tətbiq edildi.

2025-ci il Azərbaycan-ABŞ münasibətləri kontekstində də tarixi il kimi yadda qaldı.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  ötən ilin avqust ayında Vaşinqtonda Prezident Donald Trampla tarixi görüşü, bu ilin yanvarında Davosdakı görüş, Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın  Bakıda imzalanması və bir çox digər meyarlar göstərir ki, hazırda Azərbaycan-ABŞ münasibətləri heç zaman görmədiyimiz zirvə səviyyəsindədir.

Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Son bir ilin reallıqlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, biz əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir.
Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan malik olduğu üstünlükləri ilə dünyanın diqqətindədir. Təbii ki, bu üstünlüklər sırasında coğrafi mövqeyi xüsusi qeyd edilir. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan körpü rolunu daim möhkəmləndirir. Nəqliyyat və logistika məkanı kimi diqqətdədir. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycanın  bu imkanlarının  əməkdaşlığın coğrafiyasının genişləndirilməsində rolu aydın görünür. Onu da qeyd edək ki, ötən il Vaşinqton Sammitinin nailiyyətlərindən biri  Azərbaycanın  əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə töhfə verməkdir.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 165   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

David Seliverstov dövlət büdcəsinə vurulan zərərin ödənilməsini tələb etdi , Çingiz Qənizadə isə onu ŞANTAJ ETDİ - VİDEO

Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov sosial şəbəkədə paylaşdığı növbəti videoda hüquq müdafiəçisi Çingiz Qənizadənin, Rəşad Allahverdiyevin və Nəsimi Məmmədovun yalanını ifşa edib. xəbər verir ki, David Seliverstov qeyd edib ki

7 sentyabr
.

Şəxsin telefon nömrəsini icazəsiz şəkildə paylaşmaq hüquqi məsuliyyət yaradırmı? - AÇIQLAMA

Son dövrlərdə elan saytlarında və sosial şəbəkələrdə şəxslərin telefon nömrələrinin onların razılığı olmadan paylaşılması halları ilə bağlı narazılıqlar artır. Bəzən nömrələr müxtəlif elanlarda, bəzən isə şəxsi mübahisələr zamanı qarşı tərəfi narahat etmək məqsədilə yayımlanır. Belə hallarda şəxsin şəxs

7 sentyabr
.

Nazirlik əhaliyə yenidən müraciət etdi

Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayə

7 sentyabr
.

3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA

"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub". Bunu -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onu

6 sentyabr
.

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər. xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər. Lakin telefond

6 sentyabr
.

Bir kontentin sosial mediada viral olmasını əslində nə müəyyən edir? - AÇIQLAMA

Sosial şəbəkələrdə bəzi paylaşımların qısa müddət ərzində minlərlə, hətta milyonlarla istifadəçiyə çatması artıq adi hal alıb. Xüsusilə emosional, mübahisəli və gündəmdə olan mövzularla bağlı paylaşımlar sürətlə yayılır. Bəs bir kontentin sosial mediada viral olmasını əslində nə müəyyən edir? Burad

7 sentyabr
.

Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı

6 sentyabr
.

Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də yeni təyinat olub. xəbər verir ki, qurumun Büdcələşdirmə və hesabatlılıq üzrə rəhbər müavini vəzifəsinə Elvin Məmmədzadə təyin olunub. Qeyd edək ki, E.Məmmədzadə sözügedən təyinata qədər Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) inzibati işlər üzr

7 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

7 sentyabr