Vaşinqton səfərinin uğurları göz önündədir
Vaşinqton səfərinin uğurları göz önündədir
Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a reallaşdırdığı tarixi səfərin üzərindən bir il ötür. Bu müddət ərzində həmin səfər zamanı əsası qoyulan proseslərin nəticələri daha aydın görünməyə başlayıb.
Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq mərhələsinə yüksəlməsi ilə yanaşı, Azərbaycan-Ermənistan sülh gündəliyində də mühüm irəliləyişlər qeydə alınıb. Azərbaycan Prezidentinin 2025-ci il avqustun 8-9-da ABŞ-a səfəri regionun son illərdəki diplomatik tarixində önəmli mərhələ kimi qəbul edilir. Bu səfər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçməsi və Azərbaycan-Ermənistan sülh gündəliyinin konkretləşməsi paralel gedən iki proses kimi reallaşdırıldı. Bayden administrasiyası dövründə ABŞ-ın regional siyasəti münaqişə və parçalanma məntiqi üzərində qurulmuş, bu da uzun müddət ərzində davamlı sülhün əldə olunmasına mane olan amillərdən biri idi. Senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların dəstəkçilərindən biri olan Bayden, prezidentliyi dövründə də Azərbaycanın regionda oynadığı rolu kifayət qədər nəzərə almadı. Amma 2025-ci ildə Donald Tramp administrasiyasının xarici siyasətdə fərqli prioritetlər müəyyənləşdirməsi ilə ABŞ-Azərbaycan əlaqələrində keyfiyyət dəyişikliyi baş verdi.
Tramp prezident seçilməzdən əvvəl də İlham Əliyevlə əlaqələrin davam etməsi, Prezidentin ABŞ-a rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və bəyanatlar, Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə razılaşma yeni mərhələnin başlanğıcı kimi qeyd edilməlidir.
Son bir ildə yaşanan müsbət gəlişmələri qeyd edək. TRIPP layihəsi üzrə razılaşma və Zəngəzur dəhlizi ilə bağlı atılan addımların irəliləməsi, Dövlət başçıları arasında sonrakı təmaslar və məktublaşmaların davam etməsi, ABŞ dövlət katibi Vens səviyyəsində Azərbaycana səfər və Xartiyanın imzalanması isə münasibətləri daha da irəli apara bildi. Bu addımlar məcmusu Azərbaycan tərəfindən ABŞ-Azərbaycan münasibətlərinin "transformasiyası" kimi xarakterizə olunmalıdır. Yəni əvvəlki dövrün ehtiyatlı, bəzən tənqidi mövqeyindən strateji tərəfdaşlığa keçid uğurla baş tutdu. 2025-ci il avqustun 8-də ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması uzun danışıqlar prosesinin nəticəsi kimi reallaşdırıldı. Azərbaycan prosesdə özünü sülh sazişində nəzərdə tutulan beş prinsipin müəllifi, sülhü istəyən əsas tərəf kimi bütün tərəflərə qəbul etdirə bildi. Azərbaycan əlində olan gücü və üstünlükləri sülhə çevirə bildi.
Sülh müqaviləsinin paraflanması danışıqların yekunlaşması demək deyil. Azərbaycan öz üzərinə düşən hər şeyi edib. Müqavilənin rəsmi imzalanması, ratifikasiyası və konstitusion məsələlərin həlli kimi addımlar hələ də prosesin davamı kimi qalır. İndi Ermənistan öz öhdəliklərini ardıcıl olaraq yerinə yetirməlidir ki, proses uğurla yekunlaşsın. Artıq 1 ildir ki, sərhəddə atəş səsi eşidilmir. Vətəndaş cəmiyyəti üzvləri qarşılıqlı səfərlər ediblər. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklər daşınır. Azərbaycanın neft məhsulları İrəvanda satılır. Bütün bunlar 1 ildə əldə edilmiş uğurların bəziləridir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti öz bəhrəsini verir və hər dəfə Azərbaycana yeni zəfərlər qazandırır.
Türkan Cümşüdova - YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib