Vaşinqton görüşündən sonra region fərqli mərhələyə qədəm qoyub

Vaşinqton görüşündən sonra region fərqli mərhələyə qədəm qoyubTarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə həmin qərarların dövlətlərin gələcək inkişaf trayektoriyasına, regional təhlükəsizlik mühitinə və beynəlxalq münasibətlər sisteminə təsiri daha aydın görünür. 2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və həmin səfər çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh memorandumunun paraflanması da məhz belə hadisələr sırasındadır.

Bir il sonra bu hadisələrə nəzər saldıqda görünür ki, həmin səfər təkcə Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması deyil, həm də Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilə bilər. ABŞ ilə münasibətlərdə yeni dinamikanın və Ermənistanla sülh gündəliyinin irəlilədilməsinin eyni geosiyasi strategiyanın tərkib hissələridir. Azərbaycanın son illərdə əldə etdiyi diplomatik nəticələrin əsasında milli maraqlara söykənən ardıcıl xarici siyasət dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kurs göstərdi ki, beynəlxalq münasibətlər sistemində uğur güclü dövlət, iqtisadi potensial, hərbi qüdrət və ardıcıl diplomatiya ilə təmin olunur. Ölkəmiz 44 günlük Vətən müharibəsində yaratdığı yeni reallığı diplomatik müstəvidə davam etdirərək regionun siyasi gündəmini müəyyənləşdirən aktora çevrildi. ABŞ-yə səfər də bu siyasətin davamı idi.

Əvvəlki ABŞ administrasiyası dövründə ikitərəfli münasibətlərdə ciddi gərginlik müşahidə edilirdi. Vaşinqtonun Azərbaycana münasibətdə selektiv yanaşması və regiondakı yeni reallıqların nəzərə alınmaması strateji əməkdaşlığa mənfi təsir göstərmişdi. Lakin Prezident Donald Tramp administrasiyası Cənubi Qafqazda sabitliyi regional əməkdaşlığın əsas şərti kimi önə çıxardı, Azərbaycanı isə regionun əsas siyasi və iqtisadi aktorlarından biri kimi qiymətləndirdi. Bu yanaşma Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı konkret nəticələrə çevrildi. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılığın əldə edilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm addım oldu. "907-ci düzəliş"in dondurulması ilə bağlı qərar da münasibətlərdə etimadın bərpasına xidmət edən siyasi addım kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri hərbi uğurların diplomatik müstəvidə möhkəmləndirilməsidir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi, 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində isə ölkənin suverenliyi tam təmin olundu. Bakı postmünaqişə dövrünün əsas gündəliyi kimi sülh müqaviləsinin hazırlanmasını irəli sürdü və sülh prosesinin əsasını təşkil edən beş baza prinsipini müəyyənləşdirdi.

Uzun illər ərzində Ermənistanın siyasəti işğalın qorunmasına və status-kvonun saxlanılmasına əsaslanırdı. Lakin 2023-cü ildən sonra yaranmış yeni reallıq Ermənistan rəhbərliyini seçim qarşısında qoydu. Nəticədə Ermənistan Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh danışıqlarını davam etdirməyə razılıq verdi və 2025-ci il avqustun 8-də ABŞ-də sülh memorandumunun paraflanması mümkün oldu. Bu baxımdan Azərbaycan yalnız müharibənin qalibi deyil, həm də sülh gündəliyinin müəllifi kimi çıxış etdi.

Bu gün Cənubi Qafqaz fərqli mərhələyə qədəm qoyub. Məhz buna görə 8 avqust yalnız diplomatik təqvimdə növbəti tarix deyil, Azərbaycanın xarici siyasətində və regional liderlik strategiyasında mühüm dönüş nöqtəsidir. Bir il ərzində baş verən proseslər göstərdi ki, Prezident İlham Əliyevin ABŞ səfəri nəticəsində yaranan yeni dinamika Vaşinqtonla münasibətlərin strateji əsaslar üzərində yenidən qurulmasına və Ermənistanla sülh gündəliyinin irəliləməsinə mühüm töhfə verdi.

Vaşinqton görüşləri yalnız siyasi dialoqla məhdudlaşmadı, regionun iqtisadi gələcəyini müəyyən edə biləcək layihələr də gündəmə gəldi. TRIPP layihəsi ətrafında əldə olunan razılaşmalar və Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat sisteminin mühüm elementi kimi dəyərləndirilməsi Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırdı. Cənubi Qafqaz artıq Avropa ilə Asiyanı birləşdirən əsas logistika platformalarından biri kimi qəbul edilir. Dövlət başçıları arasında davam edən təmaslar və ABŞ rəhbərliyinin yüksəksəviyyəli nümayəndələrinin Bakıya səfərləri münasibətlərin yeni strateji mərhələyə keçdiyini nümayiş etdirdi.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 346   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr