Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradır

Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradırYay aylarında çimərliklərdə insanların isti qumun üzərində uzanaraq günəş vannası qəbul etməsi geniş yayılmış vərdişlərdəndir. İsti qumun bədən üçün müalicəvi təsirə malik olması ilə bağlı fikirlər səslənsə də, yüksək temperaturda uzun müddət qum üzərində qalmaq və günəş şüalarına həddindən artıq məruz qalmaq müəyyən sağlamlıq riskləri yarada bilər.

Bəs, isti qum üzərində günəş vannası qəbul etməyin real faydaları varmı və bu vərdiş hansı hallarda insan sağlamlığı üçün təhlükəli ola bilər?
Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradırMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, isti qumun üzərində uzananda qumun istilik təsiri bədəndə damarların genişlənməsinə, kapilyarların açılmasına və qanın hərəkət sürətinə təsir göstərir.

"Bu zaman oynaqlarda, əzələlərdə və ümumilikdə bədəndə qan dövranı yaxşılaşır, kapilyarlar açılır və qanla təchizat güclənir. Bu baxımdan isti qumun üzərində uzanma müəyyən qədər faydalı effekt verə bilər. Bundan əlavə, günəş vannası qəbul etmək də orqanizm üçün müəyyən qədər faydalıdır. Günəş şüalarının təsiri ilə D vitamini qəbul olunur. Lakin burada əsas şərt günəş vannasının hansı vaxtda qəbul edilməsidir. Günəşin orqanizmə həm müsbət, həm də mənfi təsir göstərdiyi vaxtlar var. Adətən səhər saat 11-ə qədər günəşin faydalı təsirləri daha çox olur. Günəş zenitə qalxmağa başladıqda, yəni şüalar daha düz bucaq altında düşdükdə ultrabənövşəyi şüaların təsiri güclənir və bu təsir saat 15:00-a qədər davam edir".

Ekspert bildirib ki, saat 11:00-dan 15:00-a qədər günəş şüalarının altında qalmaq ultrabənövşəyi şüaların təsirindən müxtəlif dərəcəli yanıqlara səbəb ola bilər:

"Əksər hallarda birinci dərəcəli yanıqlar baş verir. Bədənin böyük hissəsini birinci dərəcəli yanıq tutduqda isə xəstələrdə ağır fəsadlara yol aça bilər. Bundan əlavə, dəridə xərçəng xəstəliyindən tutmuş müxtəlif dəri xəstəliklərinə qədər bir sıra problemlər yarana bilər. Ona görə də qumun üzərində uzanmaq üçün səhər saat 11:00-a qədər və saat 15:00-dan sonrakı vaxtlara üstünlük vermək daha faydalıdır. Bu zaman günəşin orqanizmə, o cümlədən immunitetə müsbət təsirləri ola bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 537   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr