8 avqust - Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində yeni mərhələ

8 avqust - Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində yeni mərhələBakı və Vaşinqton arasında əsası qoyulan dinamik tərəfdaşlıq Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə rəsmiləşərək iki ölkə arasındakı diplomatik, hərbi və iqtisadi əlaqələrin yeni hüquqi-siyasi bazasını yaradıb
Cənubi Qafqazın geosiyasi mənzərəsi və Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri son illərdə keyfiyyətcə yeni, strateji müstəviyə qədəm qoymuşdur. Vaşinqton və Bakı arasında formalaşan bu yeni əməkdaşlıq dinamikası xüsusilə ABŞ Prezidenti Donald Trampın birinci və ikinci prezidentlik dövrləri, habelə Azərbaycan Prezidenti İlham Əliyevlə qurulan birbaşa diplomatik dialoq fonunda daha da sürətlənmişdir.

Azərbaycan-ABŞ əlaqələrinin mühüm xüsusiyyətlərindən biri dövlət başçıları səviyyəsində qarşılıqlı hörmətə əsaslanan birbaşa təmasların olmasıdır. Donald Trampın siyasi səhnədəki birinci fəaliyyəti dövründən etibarən Prezident İlham Əliyev ilə aktiv məktub mübadiləsi həyata keçirilmişdir. Donald Tramp müxtəlif illərdə Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsini, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirən rəsmi məktublar ünvanlamışdır. Eləcə də ABŞ Müstəqillik Günü və Azərbaycanın Respublika Günü çərçivəsində tərəflər arasında strateji tərəfdaşlığın vacibliyini vurğulayan məktublaşmalar müntəzəm xarakter almışdır. D.Trampın yenidən prezident seçilməsi fonunda Prezident İlham Əliyev tərəfindən ünvanlanan təbrik məktubu və ardınca baş tutan təmaslar iki ölkə arasında diplomatik körpülərin daha da möhkəmlənməsinə zəmin yaratmışdır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri ikitərəfli münasibətlərdə həlledici dönüş nöqtəsi oldu desək, yanılmarıq. 8 Avqust 2025-ci il tarixində Vaşinqtonda reallaşan yüksəksəviyyəli görüşlər Cənubi Qafqazda post-münaqişə dövrünün reallıqlarını rəsmiləşdirdi. Bəyanatlarda Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsi əsas prioritet kimi göstərildi. ABŞ tərəfi Azərbaycanın regionda əsas nəqliyyat və enerji qovşağı kimi rolunu tam dəstəklədiyini bəyan etdi. Vaşinqton Sammitinin ən mühüm nəticələrindən biri Azərbaycan hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanmasına dair əldə olunmuş rəsmi razılaşma oldu. Bu sənəd sadəcə niyyət protokolu deyil, müdafiə, təhlükəsizlik, rəqəmsal iqtisadiyyat, enerji transformasiyası və regional logistika sahələrində uzunmüddətli çərçivəni müəyyən edən hüquqi-siyasi bazanın təməlini qoydu. Həmçinin, ikitərəfli müdafiə və hərbi-texniki əməkdaşlığın qarşısındakı ən böyük maneələrdən biri olan "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqi məsələsində Donald Tramp Administrasiyası qətiyyətli addım atdı. D.Trampın müvafiq qərarı ilə 907-ci düzəlişin icrası donduruldu. Bu adım ABŞ-ın Azərbaycanla sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Xəzər dənizində təhlükəsizlik təşəbbüsləri çərçivəsində birbaşa yardım və hərbi-texniki dəstək göstərməsinə hüquqi yol açdı. Regionun nəqliyyat xəritəsini dəyişdirən əsas amillərdən biri Zəngəzur dəhlizinin beynəlxalq dəstək qazanması oldu. ABŞ Administrasiyası bu infrastrukturu TRİPP (Trump Route for International Peace and Prosperity / Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) çərçivəsində dəstəklədiyini bəyan etdi. ABŞ-ın dəstəyi ilə TRİPP layihəsi çərçivəsində Zəngəzur dəhlizi beynəlxalq ticarət və kommunikasiya xətti kimi tanınaraq praktiki müstəvidə reallaşma mərhələsinə keçdi.
Vaşinqton anlaşmalarından sonrakı dövrdə Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında telefon danışıqları və məktublaşmalar intensiv xarakter almışdır. Tərəflər zəncirvari şəkildə həyata keçirilən layihələrin icra vəziyyətini, regional sabitliyi və yaşıl enerji keçidini diqqətdə saxlamışlar. Münasibətlərin kulminasiya nöqtəsi ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya rəsmi səfəri oldu. 10 Fevral 2026-cı il tarixində Bakıda keçirilən rəsmi mərasimdə Prezident İlham Əliyev və Vitse-prezident C.D.Vens "Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nı imzaladılar. Bu tarixi sənəd iki ölkə arasında münasibətləri müttəfiqlik və strateji tərəfdaşlıq müstəvisinə qaldıraraq, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın uzunmüddətli təminatçısına çevrildi.

Xartiyada TRIPP marşrutunun vurğulanması Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə maneəsiz bağlantı strategiyasının beynəlxalq dəstək qazandığını göstərir. Bu, dövlət başçısı İlham Əliyevin milli maraqları qlobal əməkdaşlıq formatında reallaşdırmaq bacarığının bariz nümunəsidir. Xartiyada süni intellekt, rəqəmsal infrastruktur və innovasiyalarla bağlı müddəalar göstərir ki, Prezident İlham Əliyev Azərbaycanın gələcəyini yalnız ənənəvi sahələrdə deyil, yüksək texnologiyalar və bilik iqtisadiyyatı üzərində qurur. Bu yanaşma ölkənin uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.

ABŞ ilə rəqəmsal sahədə əməkdaşlıq Azərbaycanın qlobal texnoloji proseslərdən kənarda qalmadığını, əksinə, bu proseslərin aktiv iştirakçısına çevrildiyini nümayiş etdirir. Bu da dövlət başçısının modern çağırışlara çevik və strateji cavab verməsinin göstəricisidir. Eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional sülhə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. Prezident İlham Əliyevin "sülh gündəliyi" bu gün konkret beynəlxalq tərəfdaşlıqlarla möhkəmlənir. Xartiyada humanitar minatəmizlənmə məsələsinin ayrıca yer alması dövlət başçısının postmünaqişə dövründə insan həyatını və təhlükəsizliyini əsas prioritet kimi müəyyən etdiyini göstərir. ABŞ-ın bu sahədə əməkdaşlığa hazır olması Azərbaycanın haqlı mövqeyinə beynəlxalq dəstəyin ifadəsidir. İnstitusional mexanizmlərin yaradılması və işçi qruplarının formalaşdırılması isə Prezident İlham Əliyevin siyasətinin yalnız bəyanatlarla məhdudlaşmadığını, konkret icra mexanizmlərinə əsaslandığını sübut edir. Bu, nəticəyə hesablanmış dövlət idarəçiliyinin nümunəsidir.

Nəticə etibarilə, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası prezident İlham Əliyevin uğurlu, düşünülmüş və milli maraqlara söykənən siyasətinin növbəti parlaq nəticəsidir. Bu sənəd Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir, ölkəmizin sabit, güclü və etibarlı tərəfdaş kimi rolunu bir daha təsdiqləyir.

Cavid Fərhadov - ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 501   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr