Vaşinqton görüşündə qəbul olunan qərarlar böyük perspektivlər

Vaşinqton görüşündə qəbul olunan qərarlar böyük perspektivlər30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan regionda sülh şəraitində yaşamağın tərəfdarıdır. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ilin avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, eyni zamanda Birgə Bəyannamə imzalanıb. Bununla da, 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub.

Həmin tarixi Vaşinqton görüşündən artıq bir il ötür. Bu görüşdən ötən dövr ərzində  Azərbaycan yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

Şanlı Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri və "Böyük Qayıdış" Proqramı hərbi qələbənin necə mülki tərəqqiyə çevrilməsinin ən bariz nümunəsidir. Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Bu mənada Prezident İlham Əliyevin sülh təşəbbüsləri böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir.

Nəzərə alaq ki, müharibə başa çatdıqdan sonra Azərbaycan tərəflər arasında beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət prinsiplər əsasında sülh sazişini imzalamaq üçün danışıqlara başlamağı təklif etdi. Ermənistan ilk vaxtlarda bu təklifi qəbul etməsə də, sonradan reallıqlarla barışmalı oldu. Tərəflər birbaşa danışıqlar apararaq sülh sazişinin mətnini razılaşdırdı. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə ötən ilin avqustunda Vaşinqtonda tarixi sülh sammiti keçirildi. 
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton şəhərində görüşün keçirilməsi, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə onun nəticələrinə dair Birgə Bəyannamənin imzalanması regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Üçtərəfli görüş çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsi paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk Prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanıb.
Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Bu marşrut - Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinin inteqrasiyasına səbəb olacaq. Hazırda bu layihənin reallaşdırılması istiqamətində praktiki addımlar atılır. 
Vaşinqton razılaşmaları Ermənistan üçün də önəmli faydalar gətirir. Belə ki, ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb. Qazaxıstan və Rusiya Federasiyasından Azərbaycan  ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb. Azərbaycandan isə Ermənistana neft məhsullarının ilk ixracı  ötən ilin dekabrında başlayıb. Rəsmi Bakının bu istiqamətdə Ermənistana neft və neft məhsullarını davamlı tədarük etməsi bu ölkədə yanacağın qiymətinin tənzimlənməsinə, monopoliyanın zəifləməsinə təsir göstərib. Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir. 

Bu ilin aprelində isə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfər etməsi də rəsmi Bakının sülh prosesinə, əməkdaşlığa sadiqliyinin göstərir. Apreldə tərəflər delimitasiya üzrə təlimat layihələrini razılaşdırıblar. Artıq dövlət sərhədinin 13 kilometrə yaxını rəsmi olaraq müəyyənləşdirilib. 

Birmənalı olaraq bu və digər razılaşmalar Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir. Azərbaycan-ABŞ münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib.
Əgər əvvəlki mərhələlərdə ABŞ-nin regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır. Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir. Nəzərə alaq ki, Cənubi Qafqazda sülhün təmin olunması Tramp administrasiyasının xüsusi diqqət mərkəzindədir. 
Bir il öncə əldə olunan Vaşinqton razılaşmaları Azərbaycanın regionda rolunun və təşəbbüslərinin ABŞ tərəfindən yüksək dəyərləndirildiyini sübut edir. ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və xoş sözləri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi də bunun əyani nümunəsidir. Bu fakt Ağ Ev rəhbərinin dövlətimizə və onun liderinə böyük ehtiramının ifadəsidir.

Bu ilin fevralında ABŞ-nin vitse-prezidenti Vensin ölkəmizə səfəri, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinin göstəricisidir. Bundan əlavə, Azərbaycanın Sülh Şurasına təsisçi üzv seçilməsi, Prezident Donald Trampın "Bakı Enerji Həftəsi"in iştirakçılarına məktub göndərməsi, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakı Enerji Forumunun açılışında iştirak etməsi də mühüm faktlardır. İyunun 2-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçirilməsi də ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfələr  verəcək. ABŞ Prezidenti tərəfindən dövlətimizin başçısının Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini təsdiqləyən mühüm siyasi hadisədir.

Əlbəttə, bütün bunların əsasında tarixi Vaşinqton görüşü dayanır. Həmin görüşdə qəbul olunan qərarlar bütövlükdə Cənubi Qafqaz üçün böyük perspektivlər vəd edir.

Ələddin Bəşirov - Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 324   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şamaxı və Şahdağa dolu düşüb: Külək güclənib - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 16:30-a olan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərdə şimal-qər

7 sentyabr
.

Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır. xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib. Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:. "Mərkəzi Klinik Xəstəxananı

7 sentyabr
.

Bu xanımlar direktor müavini təyin edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Qaynarinfo xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoj

8 sentyabr
.

Azərbaycanda bu şəxslərə hər heyvana görə 4 manat veriləcək

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək. bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. İstifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artı

7 sentyabr
.

Uğurlu qadının arxasında niyə həmişə "varlı kişi" axtarılır? - Cəmiyyətin psixoloji yanaşması - PSİXOLOQDAN AÇIQLAMA

Azərbaycanda uğurlu karyera quran, biznesdə tanınan və ya dövlət qurumlarında yüksək vəzifələrə yüksələn qadınlarla bağlı cəmiyyətdə bəzən peşəkarlıqdan çox onların şəxsi həyatı müzakirə olunur. Hətta belə qadınların əldə etdiyi mövqelərin arxasında mütləq imkanlı və ya nüfuzlu kişi olduğu, "sevgilis

8 sentyabr
.

Başqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik

"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy

7 sentyabr
.

Gəlin paltarı geyinən xanımı çimdikləyən satıcı ilə bağlı qərar verildi

Bakıda gəlinlik paltarı geyinən nişanlı xanıma çimdik atan satıcı ilə bağlı məhkəmə qərar verib. Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" Ticarət Mərkəzində gəlinlik paltarlarının icarəsi və satışı ilə məşğul olan mağazada baş verib. Belə ki, həmin mağazad

7 sentyabr
.

Daim ən pis ssenariləri düşünmək nə vaxt psixoloji problemə çevrilir? - AÇIQLAMA

Gündəlik həyatda bir çox insan baş verməmiş hadisələr haqqında əvvəlcədən narahat olur. "Birdən xəstələnsəm, "Birdən yaxınlarımdan birinin başına nəsə gəlsə, "Birdən hər şey pis nəticələnsə?" kimi düşüncələr zaman-zaman hər kəsdə yarana bilər. Lakin bu fikirlər davamlı xarakter aldıqd

7 sentyabr
.

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi

6 sentyabr