"Azərbaycan-Ukrayna münasibətləri regional proseslər kontekstində mühüm əhəmiyyət daşıyır" - Politoloq

"Azərbaycan-Ukrayna münasibətləri regional proseslər kontekstində mühüm əhəmiyyət daşıyır" - PolitoloqTarixən dövlətlərarası münasibətlər müharibə, sülh, ticarət və ittifaqlar əsasında inkişaf etmişdir. Yeni dövrdə isə beynəlxalq hüquq və diplomatiya sistemi əsas rol oynayır. Azərbaycanın dövlətlərarası münasibətləri milli maraqlara, bərabərhüquqluluğa və qarşılıqlı hörmətə əsaslanan müstəqil xarici siyasət kursuna dayanır. Ölkəmiz dünyanın 170-dən çox dövləti ilə diplomatik əlaqələr saxlayır, həmçinin regional və qlobal təşkilatlarda fəal təmsil olunur. Ukrayna da bu ölkələr sırasındadır. Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992-ci ildə yaradılmışdır. Hazırda iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil ,mədəni və digər sahələr üzrə əlaqələr yüksələn xətlə inkişaf edir. Bu münasibətlər dövrün və zamanın sınağından çıxmaqla, geniş məzmun və diapazon qazanıb. Prezident Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutub və həmin vaxtdan etibarən şəxsi münasibətlər də formalaşaraq bu günədək uğurla inkişaf edir.

Xəbər verdiyimiz kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya rəsmi səfəri baş tutub. Səfər iki ölkə arasında hüquq-müqavilə bazası əsasında formalaşmış əlaqələri irəliyə aparmaq məqsədi daşıyır. Qeyd etməliyik ki, strateji tərəfdaşlıq Azərbaycan-Ukrayna əlaqələrində mərkəzi yer tutur. Nazir Ceyhun Bayramov səfər çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb və prezident Volodimir Zelenski tərəfindən qəbul edilib.

Sonxeber.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycan və Ukrayna arasında münasibətlər, xüsusən də son illərdə artıq siyasi dialoqdan əlavə humanitar, iqtisadi, enerji və regional təhlükəsizlik istiqamətlərində inkişaf edən bir strateji tərəfdaşlıq xarakteri alıb:

"Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri və səfər çərçivəsində səsləndirilən mesajlar da göstərir ki, Azərbaycan və Ukrayna arasında münasibətlər mövcud geosiyasi çağırışlar fonunda artıq yeni mərhələyə daxil olur. Bu mərhələnin əsas xüsusiyyətləri isə qarşılıqlı dəstək, beynəlxalq hüquq prinsiplərinə sadiqlik və praktiki əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Ukrayna arasında münasibətlərdə əsas istiqamətlərdən biri təbii ki, dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsində formalaşan ortaq yanaşmadır.Azərbayca uzun illər ərzində öz ərazi bütövlüyünün bərpası istiqamətində mübarizə aparıb, o baxımdan Ukraynanın indiki vəziyyətini də kifayət qədər yaxşı anlayır. Ona görə də Azərbaycan Ukraynanın da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini dəstəkləyir və bu dəstəyi bütün platformalarda açıq şəkildə ifadə edir.

Eyni zamanda Azərbaycan münaqişələrin hərbi yolla deyil, diplomatik vasitələrlə həllinin vacibliyini də önə çəkir. Bununla da sülh və dialoq çağırışlarını əsas götürür. Humanitar əməkdaşlıq da Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən birini təşkil edir. Müharibənin ilk günlərindən etibarən Azərbaycanın Ukraynaya göstərdiyi yardım, enerji və sosial infrastruktur sahələrində keçirilən dəstək layihələri ilə iki ölkə arasında humanitar əlaqələr ən yüksək səviyyəyə qalxıb. Bu addımları faktiki olaraq dostluq münasibətlərinin praktiki ifadəsi kimi də qiymətləndirmək olar. İkitərəfli münasibətlərin gələcək inkişafı baxımından isə ən diqqətçəkən sahələrdən biri düşünürəm ki, enerji sahəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və müxtəlif ölkələrə qaz ixracını genişləndirməsi Ukrayna ilə əməkdaşlıq üçün də yeni imkanlar yaradır. Xarici işlər naziri tərəfindən zərurət yaranacağı halda, Ukraynaya qaz tədarükü il bağlı verilən açıqlama da Azərbaycanın öz enerji resurslarını regional əməkdaşlıq və təhlükəsizlik aləti kimi gördüyünü nümayiş etdirib. Ümumilikdə isə, Azərbaycan-Ukrayna münasibətləri müasir dövrdə xüsusən də, regional proseslər kontekstində mühüm əhəmiyyət daşıyır. Müşahidə olunan odur ki, bu tərəfdaşlıq qarşılıqlı siyasi dəstək, iqtisadi maraqlar və humanitar həmrəylik üzərində qurularaq yeni bir mərhələyə qədəm qoyur"
Xatırladaq ki, iki ölkə arasında humanitar sahədə də fəal əməkdaşlıq mövcuddur. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, eyni zamanda münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxır".

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 366   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr