Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADI
Şüşəli eyvanların geniş yayılması mənzillərdə əlavə istifadə sahəsi və estetik görünüş yaratsa da, bu cür konstruksiyaların layihələndirilməsi zamanı həm memarlıq, həm də təhlükəsizlik tələblərinə ciddi əməl olunması vacibdir. Xüsusilə yay aylarında günəş şüalarının birbaşa təsiri şüşəli eyvanlarda temperaturun kəskin yüksəlməsinə və istifadə üçün narahat şəraitin yaranmasına səbəb ola bilər.
Bəs, şüşəli eyvanların layihələndirilməsi zamanı hansı tələblər nəzərə alınmalı və həddindən artıq isinmənin qarşısını almaq üçün hansı texniki həllər tətbiq edilməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən inşaat məsələləri üzrə ekspert və memar Muxtar Ərturan bildirib ki, şüşəli eyvan yalnız estetik element kimi layihələndirilməməlidir.
"Burada konstruktiv təhlükəsizlik, günəş şüalanması, istilik komfortu, təbii havalandırma, şüşənin təhlükəsizliyi və fasadın külək yükü birlikdə hesablanmalıdır. Xüsusilə Bakı kimi günəşli və isti yay iqlimində adi şəffaf şüşə ilə tam qapadılmış eyvan çox sürətlə istixana effekti yarada bilər. Günəş enerjisi şüşədən içəri daxil olur, səthləri qızdırır və istilik qapalı məkanda toplanır. Nəticədə eyvanın temperaturu kəskin yüksəlir və bu istilik mənzilin daxilinə də ötürülür. Bu isə kondisionerin yükünü və enerji sərfiyyatını artırır".
Memar hesab edir ki, əsas həll yalnız "daha bahalı şüşə" seçmək deyil:
"Fasadın istiqamətinə uyğun günəş nəzarətli və Low-E şüşələr, xarici kölgələndirici elementlər, jalüz və lamellər, açılan şüşə hissələri və effektiv təbii havalandırma birlikdə layihələndirilməlidir. Xüsusilə qərb və cənub-qərb istiqamətində günəşdən qorunma daha ciddi əhəmiyyət daşıyır. Təhlükəsizlik də ayrıca məsələdir. Hündürmərtəbəli binalarda şüşənin qalınlığı və növü təsadüfi seçilə bilməz. Külək yükü, panel ölçüsü, bərkidilmə sistemi və insanın şüşəyə düşmə riski hesablanmalı, tələb olunan yerlərdə temperlənmiş və ya laminə edilmiş təhlükəsizlik şüşəsi tətbiq edilməlidir".
Onun sözlərinə görə, şüşəli fasad və eyvan gözəl görünə bilər, amma memarlıq yalnız görüntü deyil:
"Əgər yayda həmin məkan istifadə edilə bilmirsə, kondisioner yükünü artırırsa və təhlükəsizlik hesablamaları aparılmayıbsa, estetik baxımdan nə qədər cəlbedici olsa da, layihə funksional baxımdan uğurlu sayıla bilməz".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4645 Tarix: 10 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr