Kasko sığortası zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ
Avtomobillərin qiyməti, təmir xərcləri və yol-nəqliyyat hadisələrinin yaratdığı zərərlərin artması kasko sığortasının qiymətlərinə də təsir edən amillər sırasında göstərilir. Bu isə avtomobil sahiblərinin sığorta seçərkən yalnız ödəniləcək məbləğə deyil, müqavilənin əhatə dairəsinə və mümkün risklərə daha diqqətlə yanaşmasını zəruri edir.
Bəs, kasko sığortasının bahalaşmasına hansı amillər səbəb olur və avtomobil sahibləri sığorta müqaviləsi bağlayarkən hansı şərtlərə xüsusi diqqət yetirməlidirlər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, ümumilikdə kasko sığortasında tariflərdə qiymət artımı yoxdur, sadəcə, ölkəmizə yeni nəsil avtomobillərin, hibrid, plagin hibrid və elektromobillərin gətirilməsi son illərdə artıb və bu avtomobillərin qiymətləri 20 min manatdan başlayaraq 100 min manat və daha yuxarı məbləğlərə qədər yüksəlir.
"Kasko sığortası hesablanarkən əsas götürülən amillərdən biri avtomobilin dəyəridir. Avtomobilin dəyəri artdıqca, təbii olaraq sığorta haqqı da yüksəlir. Bu da vətəndaşların kasko qiymətlərində müəyyən artım hiss etməsinə səbəb olur. Ümumilikdə isə kasko üzrə hər hansı tarif artımı yoxdur. Daha aşağı qiymətə olan avtomobillər üçün sığorta haqqı da aşağıdır. 2025-ci ilə qədər kasko sığortasında əsasən 12 min, 15 min, 16 min və 20 min manat dəyərində avtomobillər üstünlük təşkil edirdi və onlar üçün sığorta haqları da daha aşağı olurdu. Bu gün isə yeni nəsil avtomobillərin qiyməti 20 min, 30 min, 40 min manat və daha yuxarı məbləğlərdən başlayır. Bu avtomobillər üçün sığorta haqqı hesablandıqda əvvəlki illərlə müqayisədə müəyyən qiymət fərqi yaranır. Lakin bu, əsasən yeni nəsil avtomobillərlə bağlıdır".
Ekspert bildirib ki, bundan əlavə, həmin avtomobillərin ehtiyat hissələrinin hələlik ikinci əl və ya işlənmiş variantları geniş yayılmayıb:
"Hər hansı hadisə baş verdikdə yeni ehtiyat hissələrinin gətirilməsi və ya ölkə daxilindən alınması lazım gəlir. Bütün bunlar nəzərə alındıqda həmin avtomobillər üçün sığorta tarifində müəyyən fərq, nisbətən yüksək qiymət ola bilər. Lakin bu artım kəskin deyil. Bu yanaşmalara görə kaskoda müəyyən qədər artım müşahidə olunur. Daha aşağı dəyəri olan avtomobillər üçün isə sığorta haqqı, təbii ki, daha aşağıdır. Vətəndaşlar üçün kaskonu daha əlçatan etmək məqsədilə sığorta haqqını hissəli ödəmək imkanı da mövcuddur. Bundan əlavə, sürücülük təcrübəsi çox olan şəxslər kasko sığortasını daha aşağı qiymətə əldə edə bilirlər. İstər yeni nəsil, istərsə də köhnə nəsil avtomobillərdə sürücünün sürücülük təcrübəsi və yaşı nəzərə alınaraq sığorta haqqı daha aşağı müəyyən edilə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib