Bir sıra ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün ölkənin bir sıra rayonlarında bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.
Bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 14:00-dək Qaradağlı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Tərtər EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşcu, Meyvəli, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Bundan başqa, paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri