Sükan arxasında olanların - Nəzərinə
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Sonxeber.az xəbər verir ki, qurumdan bildirilib ki, bu gündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışların leysan xarakterli və intensiv olacağı gözlənilir.
"Bununla əlaqədar sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq, nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalı, qəfil manevrlərdən və kəskin tormozlamalardan çəkinilməli, avtomobilin işıq cihazlarından düzgün istifadə edilməlidir.
Eyni zamanda, piyadalardan da yollarda xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Yağışlı havada görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin dayanma məsafəsinin artmasına səbəb ola bilər. Bu səbəbdən piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, yolun hərəkət hissəsinə qəfil çıxmamalı və keçid zamanı diqqəti yayındıran cihazlardan istifadə etməməlidirlər.
Bir daha yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırırıq", - BDYPİ-dən qeyd edilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri