Bal satışında YENİLİK: Bunlar əsas götürülməlidir

Bal satışında YENİLİK: Bunlar əsas götürülməlidirBal məhsullarının təhlükəsizliyi və keyfiyyət göstəricilərinin tənzimlənməsi ilə bağlı yeni qaydaların hazırlanması istehlakçıların diqqətini bu sahəyə yönəldib. Hazırlanan sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən etməklə yanaşı, məhsulun istehsal olunduğu bölgənin adından istifadə məsələsini də tənzimləyir.

Bəs, bu tələblər istehlakçıların keyfiyyətli və təhlükəsiz balla təmin olunmasına necə təsir edəcək və balın müəyyən bir bölgənin adı ilə satışa çıxarılması zamanı hansı keyfiyyət meyarları əsas götürülməlidir?
Bal satışında YENİLİK: Bunlar əsas götürülməlidirMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, insanlarda belə bir fikir formalaşıb ki, heç kim tanımadığı adamdan, tanımadığı təsərrüfatçıdan bal almır. Digər tərəfdən, alınan və istifadə olunan balın xüsusiyyətlərini həmin ərazidə arıçılıqla məşğul olan insanlar daha yaxşı bilirlər.

"İstehlakçıların keyfiyyətli və təhlükəsiz məhsulla təmin olunması, həmçinin sanitariya norma və qaydalarının təsdiq edilməsi, təbii ki, lazımlı və vacib məsələlərdəndir. Amma bununla yanaşı, arıçılara və arıçılıq sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşmaq lazımdır. Arıçılıqda da saxtakarlıq halları mövcuddur. Bəzən arılara süni şirələr verməklə balın çəkisini və şan sayını artırmağa çalışırlar. Bu sahə mənə bir qədər yaxındır. Mən özüm də hazırda şəxsi təsərrüfatımda, böyük olmasa da, kiçik arı ailəsi saxlayıram. Ona görə də bu məsələlər barədə həm praktiki, həm də nəzəri baxımdan danışmaq mümkündür. Kənardan baxanda arıçılıq, balın əldə olunması, süzülməsi və arıların yemləndirilməsi asan proses kimi görünə bilər. Lakin arılara mütəmadi qulluq göstərilməli, parazitlərə qarşı mübarizə aparılmalıdır. Arılar da xəstələnə bilər və arı ailələrində müxtəlif xəstəliklər yarana bilər. Əsas problemlərdən biri parazitlərlə mübarizədir. Həmçinin arı ailələrində ana arının, yəni şah arının fəaliyyətsizliyi də ciddi problem yarada bilər. Bəzən şah arının fəaliyyətsizliyi bütöv arı ailəsinin fəaliyyətinin dayanmasına səbəb olur".

Ekspert bildirib ki, bu kimi məsələlərdə arıçılıqla məşğul olan insanlara dəstək göstərilməsi yaxşı olardı:

"Digər məsələ sanitariya norma və qaydalarının təsdiq edilməsidir. Bu, həm istehlakçı hüquqlarının qorunması, həm də bazarda balın hansı ad altında satılmasının müəyyənləşdirilməsi baxımından yaxşı prinsiplərdən biridir. Xüsusilə balın istehsal edildiyi bölgələrin adından istifadə olunur və müxtəlif coğrafi adlar məhsulun üzərində qeyd edilir. Lakin yalnız bu adlarla kifayətlənmək olmaz. Həmin balın doğrudan da qeyd olunan ərazidə istehsal olunduğu dəqiqləşdirilməlidir. Məsələn, Şəki balı, Quba balı, Lerik balı kimi məhsullar var və insanlar da bu coğrafi adlara inanaraq həmin balları alırlar. Qarabağ və Şərqi Zəngəzur azad edildikdən sonra arıçılar həmin bölgələrin adlarından da istifadə edirlər. Kəlbəcər balı, Qubadlı balı, Zəngilan balı, Laçın balı kimi məhsulların təqdim olunması bizim üçün fəxr və qürur mənbəyidir".

Onun sözlərinə görə, burada bir neçə əsas keyfiyyət meyarı nəzərə alınmalıdır:

"İlk növbədə, balın mənşəyi izlənilə bilən olmalıdır. Arı ailələrinin yerləşdiyi ərazi, balın toplanma dövrü, istehsalçı və məhsul partiyası barədə məlumatlar sadə şəkildə sənədləşdirilməlidir. Eyni zamanda, məhsulun fiziki-kimyəvi göstəriciləri müəyyən edilmiş tələblərə cavab verməli və markalanmada öz əksini tapmalıdır. Balın tərkibindəki suyun və şəkərin miqdarı, həmçinin digər turşuluq göstəriciləri qeyd olunmalıdır. Bundan başqa, balda yad maddələrin, çirkləndiricilərin, insan sağlamlığı üçün təhlükə yarada biləcək mikrobioloji və kimyəvi risklərin normadan artıq olmaması vacibdir".

İlkin Şirinov bildirib ki, digər mühüm məsələ balın saxtalaşdırılmasının qarşısının alınmasıdır:

"Müxtəlif şəkər siroplarından istifadə halları ola bilər. Buna görə də balın laborator analizinin aparılması mütləqdir. Laborator analizlərin nəticələri təqdim edilməli və öz əksini məhsulun üzərində tapmalıdır. Balın keyfiyyətini yalnız orqanoleptik xüsusiyyətlərə, yəni dadına, rənginə və qoxusuna əsasən müəyyənləşdirmək düzgün deyil. Mənşə göstəricilərini də yalnız bu xüsusiyyətlər əsasında müəyyən etmək mümkün deyil. Bunlar laborator göstəricilərdən sonra qiymətləndirilməlidir. Bəzən balın üzərində "dağ balı", "meşə balı" və ya konkret rayon adı yazılır. Bu ifadələr məhsulun real mənşəyinə və xüsusiyyətlərinə uyğun olmalıdır. Əks halda, coğrafi ad məhsulun keyfiyyət göstəricisinə çevrilməməli və reklam vasitəsi kimi istifadə edilməməlidir".

Ekspert qeyd edib ki, hər bölgənin balının dadı, rəngi və qoxusu fərqlidir:

"Balın xüsusiyyətləri həmin ərazidəki bitkilərdən, çiçəkləmə dövründən, arının cinsindən, həmçinin istehsal prosesindən və texnologiyasından asılıdır. Buna görə də laborator analizlər mütləq aparılmalı və nəticələr məhsulun markalanmasında öz əksini tapmalıdır. Bu qaydaların düzgün tətbiq edilməsi istehlakçının aldığı balın haradan gəldiyini, hansı xüsusiyyətlərə malik olduğunu və təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini müəyyənləşdirməyə imkan verər. Bu isə həm istehlakçılar, həm də istehsalçılar üçün faydalı olar. Bazarda təmiz və keyfiyyətli məhsulun satılması istehsalçının öz adının brendləşməsi deməkdir. Eyni zamanda, burada vicdan məsələsi də var. Keyfiyyətli və həqiqi məhsul istehsal edən təsərrüfatlar fərqlənəcək, istehlakçıya belə məhsullar təqdim edən arıçılar isə uğur qazanmağa başlayacaqlar. Əsas məqsəd balın üzərində bölgə adının yazılmasının reklam xarakteri daşımaması olmalıdır. Əsas diqqət sanitariya tələblərinə əməl edilməsinə yönəlməlidir. Bu tələblərə riayət olunduqda həm insan sağlamlığı qorunur, həm də keyfiyyətli məhsul istehsal edən arıçılara fayda verir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1555   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr