Bu tarixdən kirayə mənzil bazarında qiymətlər BAHALAŞACAQ
Son günlər Bakıda kirayə mənzil bazarında tələbə axınının təsiri ilə canlanma müşahidə olunur. Xüsusilə universitetlərə və metro stansiyalarına yaxın ərazilərdə tələbin artması qiymətlərin yenidən yüksəlməsi ehtimalını gündəmə gətirib. Ekspertlər də ənənəvi olaraq avqustun sonu və sentyabrın əvvəllərini kirayə bazarının ən aktiv dövrü hesab edirlər.
Bəs, hazırda kirayə qiymətləri hansı istiqamətdə dəyişir və avqust-sentyabr aylarında daha ciddi bahalaşma gözlənilirmi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, tələbə axını ilə bağlı kirayə mənzillərin qiymətləri hər il avqust ayında, adətən ayın 15-dən sonra artmağa başlayır. Hazırda ayrı-ayrı mənzillərdə qiymət artımı müşahidə olunsa da, bazarda kütləvi bahalaşma hələ qeydə alınmır.
"Əsas tələbə axınının isə avqustun 15-20-dən sonra başlaması gözlənilir. Bu səbəbdən həmin tarixlərdən sonra kirayə mənzillərə tələbatın artacağı və bunun da qiymətlərə təsir edəcəyi ehtimal olunur. Yəni bu il də tələbələrin Bakıya gəlişi ilə əlaqədar kirayə mənzil bazarında müəyyən qiymət artımının olması gözlənilir. Son illərdə bəzi tələbələr kirayə mənzillərlə bağlı bu problemlə üzləşməmək üçün qaldıqları evləri daha uzun müddətə, hətta yay aylarında belə saxlayırlar. Belə ki, tələbələr tətil müddətində öz evlərinə və ya yaşadıqları bölgələrə getsələr də, növbəti tədris ilində yenidən ev axtarmaq, daha yüksək qiymətlərlə qarşılaşmaq və uyğun mənzil tapmaq problemi yaşamamaq üçün kirayədə qaldıqları mənzili üzərlərində saxlamağa üstünlük verirlər".
Ekspert bildirib ki, bu hal yay aylarında kirayə bazarında boş mənzillərin sayının azalmasına səbəb olur:
"Əvvəlki illərlə müqayisədə bəzi mənzillərin uzun müddətə kirayə verilməsi və tələbələrin mövcud evlərini qoruyub saxlaması bazara çıxarılan mənzillərin sayını azaldır. Nəticədə yeni tədris ili ərəfəsində kirayə ev axtaran tələbələrin qarşısında həm seçim imkanları azalır, həm də tələbatın artması qiymətlərin yüksəlməsinə şərait yaradır. Beləliklə, tələbələrin bir qismi artıq kirayə mənzilləri əvvəlcədən saxlayaraq həm gələcəkdə yarana biləcək qiymət artımından qorunmağa, həm də tədris ili başlayanda ev tapmaq problemi yaşamamağa çalışır. Əsas tələbə axınının avqustun ikinci yarısından etibarən artması ilə bazarda bu tendensiyanın daha qabarıq şəkildə özünü göstərməsi gözlənilir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 575 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr