Abituriyentlər bununla bağlı apellyasiya müraciəti EDƏ BİLƏR - Deputat AÇIQLADI
Son dövrlərdə situasiya və açıq tipli tapşırıqların qiymətləndirilməsi ilə bağlı müzakirələr, xüsusilə insan amilinin qiymətləndirmədə subyektivliyə yol açması məsələsini gündəmə gətirir. DİM-in məlumatına görə, abituriyentlər açıq tipli tapşırıqlar üzrə tətbiq olunan qiymətləndirmə meyarları ilə tanış ola və nəticə ilə bağlı apellyasiya müraciəti edə bilirlər.
Bəs, qiymətləndirmədə subyektivliyin qarşısını almaq üçün hansı əlavə nəzarət mexanizmləri tətbiq olunmalıdır, mövcud apellyasiya sistemi abituriyentlərin hüquqlarını tam qoruyurmu və bu sahədə əlavə qanunvericilik və ya nəzarət tədbirlərinə ehtiyac varmı?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, ümumiyyətlə, biz millət olaraq, təəssüf ki, adətən mövcud olanı dağıtmaq barədə daha çox düşünürük və dağıtdıqdan sonra yenisini qura bilmirik:
"Mən əvvəllər də qeyd etmişəm ki, Azərbaycanda hazırkı qiymətləndirmə sistemi ən yaxşı və ən uyğun sistemlərdən biridir. Bu sistemi qorumaq lazımdır. Ola bilər ki, müəyyən təkmilləşdirmə işləri aparılsın, amma ümumilikdə sistem saxlanılmalıdır. Qiymətləndirmə sisteminin ədalətli olması məsələsinə gəldikdə isə hesab edirəm ki, bunun üçün bütün addımlar atılır. Hətta bəzi hallarda süni intellektdən də istifadə olunur. Ümumilikdə qiymətləndirmə kifayət qədər obyektivdir və bu baxımdan hər hansı ciddi problemdən söhbət gedə bilməz".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri