İçərişəhərdə utancverici mənzərə: Sosial şəbəkələrdə etiraz doğuran problem - VİDEO
İçərişəhərdə tarixi binaların divarlarına müxtəlif yazıların yazılması sosial şəbəkələrdə narazılığa səbəb olub.
Yayılan görüntülərdə tarixi binaların üzərinə adların və müxtəlif ifadələrin həkk edildiyi görünür. Bəzi yazıların kifayət qədər böyük olması isə tarixi tikililərin görünüşünü açıq şəkildə korlayır.
Baku Tv-nin əməkdaşının həmin ərazidən hazırladığı reportajı təqdim edirik:
İçərişəhər Azərbaycanın tarix və memarlıq baxımından ən qiymətli məkanlarından biridir. 22 hektar ərazini əhatə edən İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb, 1985-ci ildə isə dövlət tarix-memarlıq qoruğu elan edilib.
İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu səbəbdən tarixi tikililərin divarlarına yazı yazılması və abidələrin digər formada zədələnməsi sadəcə estetik problem deyil, həm də tarixi irsin qorunması məsələsidir.
Qeyd edək ki, tarix və mədəniyyət abidələrinin qorunması Azərbaycan qanunvericiliyinin tələblərindəndir. Abidənin görünüşünün qəsdən korlanması və ya ona zərər vurulması konkret halın hüquqi qiymətləndirilməsindən asılı olaraq məsuliyyət yarada bilər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 494 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabr4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabr