Bir evdə böyüyən, amma bioloji bacı-qardaş olmayan uşaqlar evlənə bilərmi? - Cəmiyyətdə mübahisə - PSİXOLOQDAN AÇIQLAMA
Müasir cəmiyyətdə ikinci evliliklər fonunda formalaşan ailələrdə fərqli münasibətlər də meydana çıxır. Bəzən əvvəlki nikahdan bir uşağı olan iki insan ailə qurur və tərəflər bir-birinin övladlarını öz övladları kimi qəbul edərək onları eyni ailədə böyüdürlər.
Lakin illər sonra bu uşaqların evlənməsi məsələsi ortaya çıxdıqda, cəmiyyətin yanaşması birmənalı olmur. Bir ailədə böyümələri onların bioloji bacı-qardaş olması anlamına gəlməsə də, bu cür münasibətlər sosial və etik baxımdan müzakirələrə səbəb olur.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, əvvəlcə bu məsələyə əgər hüquqi tərəfdən yanaşmalı olsaq, Azərbaycan ailə məcəlləsində bildiyim qədər bioloji qohum olmayan, sadəcə eyni evdə ögey bacı-qardaş kimi böyüyən şəxslərin nikahı maneə kimi göstərmir. Yəni, iki ayrı valideynin əvvəlki nikahlarından olan, bioloji qohumluğu olmayan uşaqların sonradan evlənməsi Azərbaycanda hüquqi baxımdan mümkündür. Onun sözlərinə görə, uşaqlar yetkin olduqdan sonra bir-birlərinə romantik hisslər bəsləmələri mümkündür: "Bu o deməkdir ki, uşaqlar özlərini hətta ögey bacı-qardaş kimi hiss etməyiblər. Fərqli nikahdan olan uşaqlar bir evdə yaşayıblarsa, bu özü-özlüyündə onların gələcəkdə evlənməsini psixoloji cəhətdən qeyri-mümkün etmir. Başqalarının bunu qəribə və ya günah kimi qiymətləndirməsi, əslində, onların hadisəyə başqa bir çərçivədən yanaşmasından irəli gəlir.
İnsanlar bioloji doğmalıqla sosial olaraq formalaşmış "bacı-qardaş" anlayışını bir-birinə qarışdırırlar və buna görə də məsələ qınaq obyektinə çevrilir. Bu da o deməkdir ki, cəmiyyətin düşüncə və qiymətləndirmə problemi var. Hadisənin mahiyyətinə deyil, ona özlərinin geyindirdiyi məna ilə baxırlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 380 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu (TƏFƏRRÜAT/FOTO)
Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub. O, Katex kəndindən rayon mərkəzin
11 avqustTəhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 100-1500 manatadək azaldılıb. Bu barədə ATU-dan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılmas
10 avqustBaş prokurorun qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
Baş prokuror Kamran Əliyev avqustun 18-də, saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən -a məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyat
11 avqustVaşinqton görüşündən sonra region fərqli mərhələyə qədəm qoyub
Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə həmin qərarların dövlətlərin gələcək inkişaf trayektoriyasına, regional təhlükəsizlik mühitinə və beynəlxalq münasibətlər sisteminə təsiri daha aydın görünür. 2025-ci il avqustun 8-9-da Prezident İlha
10 avqustAzərbaycanın güclənməsində Prezident İlham Əliyevin müdrik siyasəti
Azərbaycanın müstəqillik tarixinin son onillikləri dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi ilə səciyyələnir. Bu tarixi prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl
11 avqustAzərbaycanda əhalinin gəlirləri artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631.8 milyon manat olub. bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir. Belə ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 9.8% çoxdur
10 avqustŞimşək çaxır, yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərd
11 avqustDənizdə 2 qadın boğuldu
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. Bununla bağlı -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilər
10 avqust