Laçındakı "Simurq" kitabxanası niyə bağlanır?

Laçındakı "Simurq" kitabxanası niyə bağlanır?Laçında iki il əvvəl fəaliyyətə başlamış "Simurq" kitabxanası bağlanır.

Oxu.Az xəbər verir ki, bu barədə kitabxananın sosial şəbəkə hesabında paylaşım olunub.

İddia olunur ki, artıq 6 aydır fəaliyyəti dayandırılmış kitabxana gəlirli biznes sahəsi olmadığına görə tamamilə bağlanılır.

Tanınmış dövlət xadimi Tağı Şahbazi Simurqun adını daşıyan kitabxana Bakı Abadlıq Xidmətinin nəzdində olub. Kitabxana fondu AMEA, BDU, AYB, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də müxtəlif şəxslərin könüllü ianələri hesabına formalaşdırılmışdı. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılmışdı.

Məsələ ilə əlaqədar "Qafqazinfo"ya Bakı Abadlıq Xidmətindən bildirilib ki, qurum Laçın şəhərinin abadlaşdırılması zamanı yalnız şəhər infrastrukturunun qurulmasına deyil, yeni köçəcək sakinlər üçün mədəni və sosial mühitin formalaşdırılmasına da dəstək verib: "Bu çərçivədə keçmiş klub binası yenidən qurularaq "La Cinema" kinoteatrı bərpa edilib, "Hoçazfilm" kinopavilyonunun, "Gilabi Ceramics" yaradıcılıq mərkəzinin yaradılmasına və ilkin mərhələdə fəaliyyətinə dəstək göstərib. Lakin uzunmüddətli mədəni layihələrin saxlanılması və maliyyələşdirilməsi şirkətin əsas fəaliyyət istiqamətinə daxil deyil. Layihələrin gələcək fəaliyyəti də onların real tələbatı və özünü təminetmə imkanları nəzərə alınmaqla formalaşıb. "Simurq" kitabxanası da o cümlədən ayrıca kitabxana müəssisəsi kimi deyil, yenidən qurulmuş "La Cinema" kinoteatrının texniki-inzibati hissəsində yerləşən çox kiçik bir otaqda təşəbbüs kimi yaradılıb. Kitab fondu əsasən müxtəlif şəxslərin və qurumların hədiyyə etdiyi kitablardan formalaşıb. Buna baxmayaraq, Bakı Abadlıq Xidməti 3 ilə qədər müddətdə burada iki əməkdaşın çalışmasını təmin edib.

Hazırda "La Cinema"da keçiriləcək ilk beynəlxalq film festivalına hazırlıq çərçivəsində təmir və yenilənmə işləri aparılır. Kinoteatrın yeni funksional və texniki tələbləri nəzərə alınaraq kitabxana fondunun gələcək istifadəsi məsələsi aidiyyəti qurumların diqqətinə çatdırılıb. Fondun inventarlaşdırılaraq təmənnasız şəkildə şəhər məktəbinin kitabxanasına verilməsi təklif olunub.

Bakı Abadlıq Xidməti kitabxananın yaradılmasına və uzun müddət fəaliyyət göstərməsinə dəstək verməklə bu təşəbbüslə bağlı üzərinə düşəni yerinə yetirib. Bundan sonrakı mərhələdə kitabxananın fəaliyyətinin davam etdirilməsi və ya fondunun harada saxlanılması isə artıq aidiyyəti dövlət qurumlarının səlahiyyətində olan məsələdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 298   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr