Naxçıvanın yeni inkişaf mərhələsi

Naxçıvanın yeni inkişaf mərhələsiAzərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin ən mühüm səhifələri ilə sıx bağlı olub. Ulu Öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı, cənab Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi nəticəsində muxtar respublika bu gün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və bölgənin gələcək inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Möhtərəm Prezident İlham Əliyev indiyədək Naxçıvan Muxtar Respublikasına 16 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Bu faktın özü Naxçıvanın dövlət siyasətindəki xüsusi yerini aydın şəkildə nümayiş etdirir.
Naxçıvanın müasir inkişaf tarixindən danışarkən, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin bu qədim diyarla bağlı fəaliyyətini xatırlamaq lazımdır. Bunu Naxçıvana səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına msahibəsində xüsusi vurğulayıb. Cənab Prezident Azərbaycan xalqının xoşbəxt xalq olduğunu, bizim tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bildiyimizi səsləndirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib".

Ulu öndərin siyasi irsi sonrakı mərhələdə möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni məzmunla zənginləşdirildi. Naxçıvanda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mühüm layihələrin reallaşdırılması muxtar respublikanın simasını əsaslı şəkildə dəyişdirdi. Uzun illər Ermənistanın yaratdığı blokada şəraitində yaşayan Naxçıvanın inkişafının təmin edilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin və iqtisadi imkanlarının göstəricisi idi. Ən mürəkkəb dövrlərdə belə bu qədim diyarımız diqqətdən kənarda qalmadı. Əksinə, Naxçıvanın dayanıqlı inkişafı üçün mühüm layihələr həyata keçirildi, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüldü.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar Naxçıvanın qarşısında da tamamilə yeni imkanlar açır. Azərbaycanın hərbi-siyasi Zəfəri yalnız ərazi bütövlüyümüzün bərpasını təmin etmədi, eyni zamanda regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirdi. İndi Azərbaycan yeni reallıqların formalaşmasında təşəbbüskar və əsas aktorlardan biri kimi çıxış edir. Bu strategiyanın mühüm istiqamətlərindən birini nəqliyyat-kommunikasiya layihələri təşkil edir. Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşımalarının həyata keçirildiyi yollar deyil. Onlar dövlətlərin iqtisadi potensialını, siyasi çəkisini və regional inteqrasiya imkanlarını artıran strateji vasitələrdir.

Bu baxımdan Naxçıvanın qarşıdakı dövrdə rolu misilsiz olacaq. Uzun illər blokada şəraitində yaşayan bu qədim diyarımız artıq blokadanın yaratdığı məhdudiyyətlərlə deyil, qarşısında açılan geniş imkanlarla xarakterizə olunacaq. TRIPP layihəsi də məhz bu yeni reallığın mühüm elementlərindən biridir. Regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, yeni marşrutların yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının formalaşmasına geniş imkanlar yaradır. Bu bağlantının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə uzlaşdırılması isə Naxçıvanın regional və beynəlxalq tranzit sistemində əhəmiyyətini daha da artıracaq.
Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması təkcə ölkəmizin daxili nəqliyyat imkanlarının genişləndirilməsi demək deyil. Bu, eyni zamanda Türkiyə, İran, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni iqtisadi əlaqələrin qurulması üçün mühüm platformadır.Bu gün bir çox beynəlxalq qurum, bəzi ölkələr, o cümlədən Avropa İttifaqı xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərirlər və Aİ nümayəndələri Naxçıvana ezam edilərək yerlərdə vəziyyətlə tanış olublar.

Yeni yol təkcə Azərbaycan üçün deyil, geniş coğrafiya üçün əhəmiyyətlidir. Bu yol Şərq-Qərb və eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaqdır. Cənab Prezidentin qeyd etdiyi kimi: "Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır".

İşlər başa çatdıqdan sonra buradan 15 milyon, bəlkə daha çox yük daşınacaq, bu da öz növbəsində daha böyük canlanmaya gətirib çıxaracaq. Bölgədə daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək, ölkəmizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək. Prezident İlham Əliyevin əminliklə qeyd etdiyi kimi - bu, tam mümkündür.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 310   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr