Naxçıvanın inkişafına yeni təkan verən səfər

Naxçıvanın inkişafına yeni təkan verən səfərProseslərin gedişi göstərir ki, Cənubi Qafqazın hərbi-siyasi, hüquqi və geoiqtisadi arxitekturası Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji dövlətçilik xətti nəticəsində köklü və dönməz transformasiya dövrünü yaşayır. Yeni dövlətçilik konsepsiyası, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin bütün ərazimizdə tam və qətiyyətlə bərqərar olunmasından sonra regionun yalnız təhlükəsizlik paradiqmasını deyil, həm də transkontinental kommunikasiya, geoiqtisadiyyat və hüquq xəritəsini yenidən müəyyənləşdirib. Məhz Prezidentin nümayiş etdirdiyi polad iradə, sarsılmaz hərbi-siyasi qətiyyət və diplomatik uzaqgörənlik Cənubi Qafqazda onilliklər boyu davam edən geostrateji qeyri-müəyyənliyə son qoyub. Bu tarixi Zəfər təkcə işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişinə deyil, eyni zamanda, onilliklər boyu coğrafi təcrid və hərbi-iqtisadi mühasirə şəraitində öz mövcudluğunu qoruyan Naxçıvan Muxtar Respublikası üçün tamamilə yeni bir tarixi inkişaf erasının başlanmasına təkan verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr Naxçıvanın geostrateji statusunu kökündən yeniləyərək, onu Avrasiya geoiqtisadi məkanının əsas birləşdirici qovşağına yüksəldib.
Müstəqillik dönəmində bu böyük tarixi yüksəlişin, sarsılmaz hərbi-siyasi qətiyyətin və modern dövlətçilik modelinin ideoloji, hüquqi və strateji bünövrəsi Ümummilli Lider Heydər Əliyevin 1990-cı illərin əvvəllərində muxtar respublikaya rəhbərliyi dövründə qoyulub. Ən ağır blokada, iqtisadi sıxıntı, enerji böhranı və birbaşa hərbi təcavüz təhdidləri şəraitində Ulu Öndər Heydər Əliyevin göstərdiyi misilsiz siyasi iradə və dövlətçilik dühası Naxçıvanı milli müqavimət və qurtuluş qalasına çevirib, muxtariyyətin varlığını qoruyub saxlayıb. Ümummilli Liderin müəyyənləşdirdiyi bu strateji kurs isə son iki onillikdə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni, konseptual müstəviyə qaldırılıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfərləri regionun yaxın və uzaq perspektivdəki inkişaf trayektoriyasını müəyyənləşdirən tarixi dönüş nöqtəsi olub. Bu səfərlər sadəcə cari infrastruktur obyektlərinin açılışı və ya təməlqoyma mərasimi xarakteri daşımır, muxtar respublikanın unifikasiya olunmuş dövlət idarəçiliyinə keçidini, geoiqtisadi mərkəzə çevrilməsini və milli təhlükəsizlik arxitekturasındakı yerini tam təsbit edir.
Dövlətimizin başçısının muxtar respublikaya səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Naxçıvanın gələcək inkişaf paradiqmasını aydın şəkildə ehtiva edir. Muxtar respublikanı Avrasiyanın ən müasir nəqliyyat, logistika və yaşıl enerji mərkəzlərindən birinə çevirməkdə qətiyyət ifadə olunması, əslində, dövlətimizin başçısının bu istiqamətdə çox aydın, regional inteqrasiya və iqtisadi sıçrayışın dayanıqlığını təmin edəcək yol xəritəsinə malik olduğunu göstərdi. Düstur isə çox sadədir - həyata keçirilən institusional islahatlar, təməli atılan sənaye parkı və bərpaolunan enerji layihələri Naxçıvanın iqtisadi müstəqilliyini sarsılmaz edəcək, buraya böyük investisiya axınını səbəb olacaq.
Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan hərbi Zəfər, ardınca həyata keçirilən dərin hüquqi, siyasi, institusional və iqtisadi islahatlar Naxçıvanın, Şərqi Zəngəzurun və Qarabağın vahid inkişaf konsepsiyası çərçivəsində birləşdirilməsini reallaşdırıb. "Dəmir yumruq" və polad iradə ilə əldə edilən hərbi Qələbə bu gün dəmir və avtomobil yolları, yaşıl enerji xətləri, transmilli ticarət dəhlizləri və regional inteqrasiya şəklində konkret dividendlərə çevrilir. Naxçıvan Muxtar Respublikası məhz Prezident İlham Əliyevin Ulu Öndər kursuna əsaslanan müdrik siyasəti nəticəsində onilliklərin blokada çətinliklərindən çıxaraq Türk dünyasının birləşdirici qapısına, Avrasiyanın nəqliyyat, logistika və yaşıl enerji mərkəzinə, eləcə də müasir şəhərsalma və sosial rifah modelinə çevrilərək, bütöv Azərbaycanın qüdrətini və regionun dinc, təhlükəsiz gələcəyini simvolizə edir.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 328   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr