Eyni marka, fərqli tərkib: Qlobal brendlər məhsullarını niyə ölkədən-ölkəyə dəyişirlər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qlobal brendlərin eyni məhsulu müxtəlif ölkələrdə fərqli tərkiblə istehsal etməsi son illərdə istehlakçıların diqqətini çəkən məsələlərdən biridir. Eyni marka adı və oxşar qablaşdırma ilə satılan məhsulların dadı, qoxusu, istifadə olunan xammalı və hətta bəzi hallarda əsas tərkib komponentləri bazardan-bazara dəyişə bilir.
Bu isə istehlakçılarda haqlı olaraq sual yaradır: Beynəlxalq şirkətlər məhsulların tərkibini hansı səbəblərdən ölkədən-ölkəyə dəyişirlər? Bu fərqlər yerli qanunvericilik, xammalın əlçatanlığı və istehsal xərcləri ilə, yoxsa bazarın xüsusiyyətləri ilə bağlıdır?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, qlobal korporasiyaların eyni məhsulu müxtəlif ölkələrdə fərqli tərkibdə istehsal etməsi kifayət qədər geniş yayılmış praktikadır. Onun sözlərinə görə, bunun əsas səbəbi məhsulun keyfiyyətinin mütləq şəkildə bir ölkədə digərindən aşağı olması deyil, hər bir bazarın qanunvericiliyinin, istehlakçı zövqünün, xammal imkanlarının və qiymət şərtlərinin fərqli olmasıdır: "İlk növbədə, ölkələrin qida qanunvericiliyi və icazə verdiyi əlavələr fərqlənə bilər. Bir ölkədə istifadəsinə icazə verilən müəyyən qida əlavəsi, rəngləndirici, konservant və ya şirinləşdiriciyə başqa ölkədə məhdudiyyət qoyula bilər. Buna görə istehsalçı məhsulun resepturasını həmin ölkənin tələblərinə uyğunlaşdırır.
İkinci mühüm amil istehlakçıların dad və qidalanma vərdişləridir. Məsələn, bir ölkədə daha şirin, digərində isə daha az şirin məhsula üstünlük verilə bilər. Duz, yağ, şəkər, ədviyyat və digər komponentlərin miqdarı da yerli istehlakçıların zövqünə uyğun dəyişdirilə bilər.
Digər səbəb xammalın əlçatanlığı və qiymətidir. Şirkətlər məhsulu müxtəlif ölkələrdə yerli və ya regional xammaldan hazırlaya bilərlər. Bu zaman resepturada müəyyən dəyişikliklər yaranır. Eyni zamanda, istehsal və logistika xərclərini azaltmaq üçün bəzi komponentlərin alternativləri seçilə bilər.
Burada qiymət siyasəti də mühüm rol oynayır. Müxtəlif ölkələrdə istehlakçıların alıcılıq qabiliyyəti və bazarın qiymət həssaslığı eyni deyil. Şirkət məhsulu müəyyən qiymət səviyyəsində saxlamaq üçün resepturada və istifadə olunan xammalda dəyişiklik edə bilər.
Bəzən isə fərq birbaşa yerli qida mədəniyyəti və məhsula olan gözləntilərlə bağlı olur. Eyni brendin məhsulu müxtəlif ölkələrdə fərqli dad, tekstura və qida xüsusiyyətlərinə malik ola bilər.
Lakin istehlakçı üçün əsas məsələ budur ki, məhsulun üzərindəki etiket və qida dəyəri cədvəli diqqətlə oxunsun. Eyni brend və eyni qablaşdırma məhsulun bütün ölkələrdə tamamilə eyni tərkibə malik olduğu anlamına gəlmir. Buna görə məhsulu yalnız brend adına və "orijinal resept", "təbii", "premium" kimi marketinq ifadələrinə əsasən qiymətləndirmək düzgün deyil. Ən doğru yanaşma konkret ölkədə satılan məhsulun tərkibini, şəkər, duz, yağ miqdarını və istifadə olunan əlavələri etiketdən yoxlamaqdır.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib